Azərbaycan çox qısa bir müddətdə qarşısına qoyduğu məqsədlərə nail olacaq - DEPUTAT ŞƏRH ETDİ

"Bildiyimiz kimi dünən Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva Füzuli, Cəbrayıl və Zəngilan rayonlarına səfər etdilər. Hesab edirəm ki, bu səfərin çox böyük əhəmiyyəti var". Bu sözləri SİA-ya açıqlamasında deputat Ceyhun Məmmədov deyib.

Onun sözlərinə görə, bu, onu göstərir ki, Azərbaycan qısa müddətdə Qarabağda böyük abadlıq-quruculuq işlərinə başladı: "Artıq biz görürük ki, dəmir yolu xətti sürətlə çəkilib. Prezident İlham Əliyevin rəhbərliyi ilə Qarabağ tezliklə Azərbaycanın və dünyanın ən gözəl guşələrundən birinə çevriləcək. Hazırda avtomobil yollarının çəkilməsi prosesi sürətlə həyata keçirilir. Bu da onu göstərir ki, Azərbaycan dövləti çox qısa bir müddətdə qarşısına qoyduğu məqsədlərə nail olacaq".

Arzu Qurbanlı

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...