"Texnofest Azərbaycan üçün böyük əhəmiyyət kəsb edir" - MİLLƏT VƏKİLİ AÇIQLADI

“Texnofestin Azərbaycanda keçirilməsi çox tarixi və önəmli bir hadisədir. Türkiyə uzun illərdir Texnofesti festivalını keçirərək çox böyük uğurlara imza atır”. Bu sözləri SİA-ya açıqlamasında millət vəkili Naqif Həmzəyev bildirib.

Onun sözlərinə görə, ilk dəfə Türkiyənin sərhədlərindən kənarda bir ölkədə bu cür festivalın məhz ölkəmizdə keçirilməsi əbəs yerə deyil. Çünki Türkiyə-Azərbaycan qardaşlığının strateji tərəfdaşlığı imkan verir ki, məhz Texnofest bizim ölkədə keçirilsin. Bu baxımdan Azərbaycan bu festivalın ölkəmizdə keçirilməsinə çox önəm verir. Türkiyə hərbi sənayedə və digər sahələrdəki yeniliklərini Azərbaycanla bölüşərək, ölkəmizlə birlikdə inkişaf edərək güclənməyi qarşılarına məqsəd qoyublar. Texnofestin Azərbaycanda keçirilməsi bizim məqsədlərimizə xidmət edir. Hədəfimiz məhz Texnofestin mütəmadi olaraq ölkəmizdə keçirilməsini təmin etmək və Azərbaycanda gənc mütəxəssislərin yetişməsinə stimul olmasına nail olmaqdır. Bu festivaldan həm Azərbaycan, həm də Türk Silhalı Qüvələrinin tabeliyində olan bir çox texnikaları görə bilirik. Məhz Türkiyə hərbi sənayəsində böyük bir uğur əldə etmiş və bu gün dünyanın diqqət mərkəzinə çevrilən bayraktarı və puaları biz görə bildik. Bununla yanaşı həm təhsil müəssisələri, həm də texnologiya sahəsində çalışan şirkətlərin sərgilərin də təqdimatlarını izləyə bildik. Həmçinin burada təşkil olunmuş yarışlar da təşkil olunmuşdur. Baytraktarın burada iştirak etməsi bütün gənclərimizə bir stimul verdi. Biz çox sevinirik ki, Azərbaycanda Texnofest festivalı keçirilir. Burada sərgilənən və nümayiş etdirilən texnika, yeniliklər bizlərin marağını cəlb etdi”.

Müəllif: Banuçiçək Hüseynli

Bütün xəbərlər Facebook səhifəmizdə