Təxribatçıların əməlləri Cənubi Qafqaza mənfi təsir göstərir - POLİTOLOQ ŞƏRH ETDİ

“Ermənistan daxilində biz vəziyyətin gərgin olduğunun şahidiyik”. Bu sözləri SİA-ya açıqlamasında politoloq Zaur Məmmədov bildirib.

Onun sözlərinə görə, Robert Koçaryanın dediyi kimi kotostrafik vəziyyət deyil çünki erməni xalqı onları dəstəkləmir və küçələrə çıxmır: “Lakin Paşinyanın hakimiyyətdən devrilmə təhlükəsizliyini heçə saya bilmərik. Ona görə ki, erməni təxribatçıları Paşinyanın həyatına və hakimiyyətdə qalmasına təhlükə yaratmaqda maraqlıdırlar. Sadəcə olaraq xalqın küçələrə çıxmaması onların qarşısını alan məsələlərdən biridir. Həmçinin təxribatlar fonunda xalqı ayağa qaldırmaq cəhdləri də ola bilər. Bu ehtimalı mən kifayət qədər məntiqli hesab edirəm. Həmçinin müxalifət "Qarabağ Ermənistandır" kimi şüarları ilə Cənubi Qafqazdakı prosesləri çox pis təsvir edir. Onlar çox yaxşı anlayırlar ki, proseslər onların necə istəmələrindən asılı olmayaraq davam edəcəkdir. Həmçinin onların fikirləri və istəkləri iflasa uğracaq”.

Müəllif: Banuçiçək Hüseynli

Bütün xəbərlər Facebook səhifəmizdə