Mayın 21-də Şuşada Milli Məclisin birgə komitələrinin iclası keçirilib.
SİA-nın məlumatına görə, Gənclər və idman, həmçinin Ailə, qadın və uşaq məsələləri komitələrinin Şuşada birgə iclasında iki məsələ müzakirə edilib.
Deputatlar Azərbaycan Respublikasında 2022-ci ilin “Şuşa ili” elan edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 5 yanvar tarixli Sərəncamına uyğun olaraq, gənclərin və ölkəmizi yarışlarda təmsil edən idmançıların maarifləndirilməsi və Qarabağ tarixində ailə dəyərləri və qadın hüquqları məsələlərini müzakirə ediblər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB