Azərbaycanın Litva ilə çox şaxəli əməkdaşlıq ənənələri mövcuddur - DEPUTAT ŞƏRH ETDİ

“Azərbaycanın Litva ilə çox şaxəli əməkdaşlıq ənənələri mövcuddur”. Bu fikirləri SİA-ya açıqlamasında Milli Məclisin deputatı Asim Mollazadə bildirib.

Onun sözlərinə görə, Litva prezidentinin Azərbaycana səfər etməsi, səfər zamanı əməkdaşlığın daha da genişlənməsi mühüm əhəmiyyət daşıyır: “İqtisadi forum bizim iqtisadi sahə ilə, nəqliyyat sahəsi ilə yanaşı mədəni sahədə əməkdaşlığımızın gücləndirilməsi istiqamətində mühüm əhəmiyyət kəsb edir. Litva Azərbaycanın ərazi bütövlüyün hər zaman dəstəkləyib. Azərbaycanın qələbəsinə də münasibət münasibətlərini bildib və beynəlxalq hüquq normaları çərçivəsində Azərbaycanın öz ərazilərini azad etməsini hər zaman yüksək qiymətləndirilib. Əminəm ki, Avropa Birliyinin üzvü olan Litva eyni zamanda Azərbaycan-Avropa münasibətlərinə də öz müsbət tövhəsini verə bilər. Azərbaycanın həyata keçirdiyi enerji sahəsində, nəqliyyat sahəsində böyük layihələrin özü əslində Avropa Birliyi üçün çox böyük əhəmiyyət kəsb edir. Litva da təbii olaraq bu prosesdən bəhrələnərək buna dəstək verir. Əminəm ki, bizim əməkdaşlığımız genişlənəcək, güclənəcək və bu istiqamətdə çox işlər görülür”.

Müəllif: Abutel İlhamqızı

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...