KTMT ilə bağlı PUÇ OLAN ERMƏNİ ARZULARI - TƏHLİL

Bütün danışıqlar prosesində qarşılaşdıqları diplomatik məğlubiyyətlər Ermənistanı da, erməni cəmiyyətini də tamamilə ruhdan salıb və indi göstərdikləri çabaları da son çırpıntılar təəssüratı bağışlayır. Rusiya Prezidenti ilə Ermənistanın baş nazirinin Moskvada keçirdiyi görüş zamanı İrəvanın məhz Qarabağla bağlı siyasətinə dəyən ağır zərbədən bu ölkənin vətəndaşları da, ölkə hakimiyyəti də hələ də şokdadır. Görünür elə bu uğursuzluqların, bu şokun təsirindən Ermənistanın baş naziri başını itirib və gah ATƏT-in Minsk Qrupunun rolu ilə bağlı müzakirələrə başlamağa səhd edir, gah da KTMT-ni hərhansı formada yenə də günahlandırmağa çalışır.

“Biz Qarabağ probleminin həllində fəal birgə fəaliyyətimizi artıq üçtərəfli formatda Azərbaycandan olan tərəfdaşlarımızla birlikdə davam etdiririk”, deyə söyləyən Rusiya Prezidenti Vladimir Putin bu dəfə də özbəyanatında Dağlıq Qarabağ ifadəsini işlətmədi və bu da ermənilər üçün, baş nazir Nikol üçün daha bir zərbə oldu. Ola bilsin ki, Paşinyanın hansısa bir ifadəyə də olsun ümidi var imiş, amma indi o da yoxdur, çünki ən yaxın, böyük qardaş hesab etdikləri ruslardan da bu ümid kəsildi. “Suda böğulan saman çopünə də əl atar”, zərb məsəlində deyildiyi kimi, ermənilərin, xüsusən də bu ölkənin baş nazirinin indi nəyə gəldi əl atması anlaşılandır və məhz elə KTMT-yə üz tutması, gileylənməsi də bu aspektdə yaxşı başa düşülür.

Görünür Rusiya Prezidenti Vladimir Putinin mövqeyindən bərk incik düşən Ermənistan baş naziri Paşinyan şikayətlənmək qərarına gəlib və hədəf olaraq da KTMT-ni seçib. Əlbəttə ki, Rusiyaya, bu ölkənin Prezidentinə qarşı Paşinyanın səsini belə çıxarmağa cürətinin çatmadığı səbəbindən günahkar axtarışları da diqqətdən yayına bilməz. Məhz belə bir qorxaq durumda olan erməni baş nazir Kollektiv Təhlükəsizlik Müqaviləsinin imzalanmasının 30 illiyinə və Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) yaradılmasının 20 illiyinə həsr olunan sammitdə gileylənmək qərarına gəlib və bu zaman şikayət xarakterli bəyanatla çıxış edib. Paşinyan ötən illər ərzində yaranmış müəyyən problemlərlə bağlı Ermənistanın KTMT-yə müraciətlərinin heç bir nəticə vermədiyini dilə gətirib bildirib ki, Ermənistan bu qurumdan gözlədiyi reaksiyanı belə heç kim müşahidə etməyib.

Əslində, həqiqətən də Ermənistan tərəfi dəfələrlə KTMT-dən yardım umub və sonra ermənilər bunu etiraf etməkdən boyun qaçırsalar da indi Paşinyanın sözləri bunu birbaşa təsdiqləyir. Xatırladığımız kimi, 44 günlük müharibə zamanı Azərbaycan Ordusu qarşısında tab gətirə bilməyən Ermənistan tərəfi dərhal KTMT-yə yalvarmağa başlamışdı ki, yardım alsın və bu yardımı almadığı da yadımızdadır. Məsələ burasındadır ki, bu ölkə hakimiyyəti, eləcə də Nikol Paşinyanın özü utanmadan təmsil olunduğu xalqa, bir növ də bütün dünyaya səs salmışdı ki, guya onlara böhtan atılır və belə bir şey nə olmayıb, nə də olası da deyilmiş. Belə olan halda indi həmin o Paşinyan niyə KTMT-dən giley-güzar edir? Soruşmaq ayıb olmasın, KTMT-yə müraciət etməmişdilərsə, indi niyə bu qurumun onlara yardım etməməsindən incik düşüblər? Təbii ki, erməni yalanlarına təkcə biz yox, bütövlükdə bütün dünya ictimaiyyəti bələddir və Nikolun sözlərinə kimsənin məhəl qoyması da mümkünsüzdür. Artıq hər kəsə bəllidir ki, başda elə baş nazirlərinin özü olmaqla, ermənilər yalan danışmaqda qətiyyən çətinlik çəkmirlər, zərrə qədər utanmırlar və böhtan atmaq, öz günahlarını kimlərinsə böynuna atmaq onlar üçün ənənə halını alıb.

Təkcə 44 günlük müharibə zamanı deyil, sən demə müharibə bitdikdən sonra da Nikol Paşinyanın işi-peşəsi KTMT-nin qapısını döymək, yardım diləmək, yalvarmaq olubmuş. Əbəs yerə deyil ki, indi o, sammitdə guya ötən il Azərbaycan hərbçilərinin Ermənistan sərhədini pozması ilə bağlı iddialar irəli sürərək KTMT-ni bu məsələyə münasibətdə səssiz qalmaqda günahlandırır. Əvvəla, ermənilərin, xüsusilə də Paşinyanın özünün bu və əvvəlki fikirləri bir-birini təkzib edir və təsdiq edir ki, bu təşkilatdan kömək üçün yalvarışları saysız hesabsız olub və indi küskünlüyü də bu səbəbdəndir. Digər tərəfdən, yenə də erməni yalanı və riyakarlığı özünü biruzə verir, çünki Azərbaycan həmin vaxt beynəlxalq səviyyədə tanınmış sərhədlərini bərpa edirdi və Paşinyanın iddiaları, eləcə də cəhdləri bu baxımdan artıq çoxdan fiaskoya uğrayıb. İndi tamamilə gücsüzlüyünün, hətta acizliyinin fərqində olan Paşinyanın bu anda səsləndirdiyi “giley-güzar”, eləcə də KTMT-ni ona aid olmayan işlərə qarışmağa sövq etməsi ilə bağlı Ermənistanın çağırışları məsələni siyasiləşdirmək cəhdidir.

Ermənistanın baş nazirinin ən son həyasızlığı isə “Ermənistana dost olmayan ölkəyə” silah satmaqda KTMT-yə üzv olan ölkələri ittiham etməsi ilə özünü bir daha biruzə verib. Hətta o bildirib ki, 44 günlük müharibədə KTMT-nin ermənilərin uydurduqları məsələyə qarışmaması, Azərbaycanın haqlı tələblərinə, müqəddəs amal, torpaqlarının işğaldan azad edilməsi, ərazi bütövlüyünün təmin edilməsi uğrunda mübarizəyə dəstək verməsi təkcə onun özünü deyil, bütövlükdə erməni xalqını qəzəbləndirib. Maraqlıdır, indi də KTMT-ni özlərinə qoşmaq isyəti də baş qaldırıb, amma şikayət və incikliklərə, haqsız mənafelərinə mövqe bildirilməməsi onları hiddətləndirib.

Ölkəmizin, Azərbaycan tərəfinin aldığı silahlara da münasibət bildirib erməni baş nazir və utanmadan bunu pisləməyə çalışıb. Məsələ burasındadır ki, Azərbaycan silah-sursatı, hərbi texnikanı təkcə Rusiya və Belorusdan almaylb, dünyanın bir sıra dövlətləri ilə ölkəmiz əməkdaşlıq edib, hansıki bu barədə Ali Baş Komandan, cənab Prezident İlham Əliyev dəfələrlə bəyan edib. Bunun fönunda yenidən bir daha bu məsələni masaya daşımaq üçün üz tapmaq, sonra da həmin masanın sahiblərinə irad tutub onları ittiham etmək yalnız erməni simasızlığı üçün xarakterik olub və bunun da axırının nə və necə bitəcəyi də hələ tam olaraq bəlli deyil. Azərbaycan silahları xaricdən pulla alır. Ölkəmiz bu sahədə bir çox ölkələrlə əməkdaşlıq edir və bu halda erməni baş nazirinin ittihamları da özləri kimi çox mənasızdır. Çünki, ermənilərə, Ermənistana silahlar pulsuz verilib və bunun fonunda hələ müttəfiqlərinə belə ittiham səsləndirməyə olmayan üzlərində üz tapa bilirlər.

Ermənistandan fərqli olaraq, məhz yalnız Ermənistan özü istisna olmaqla Azərbaycan KTMT-yə üzv ölkələrin hamısı ilə səmərəli əməkdaşlıq qurub və Rusiya ilə hərbi-siyasi əməkdaşlığın səviyyəsinin artırılması istiqamətində bir sıra addımlar atılıb. Ona görə də 44 günlük müharibədə Azərbaycanın öz suveren ərazilərində apardığı müharibəyə Ermənistanın digər ölkələri, xüsusilə də KTMT-ni cəlb etmək cəhdləri beynəlxalq hüquq baxımından da yolverilməz sayılırdı. İndi Paşinyanın “giley-güzarı” təsdiq edir ki, təkcə erməni baş nazir Paşinyan yox, görünür bütpvlükdə Ermənistan tərəfi, rəsmi İrəvan hələ də bu reallığı anlamır, ya da anlamaq istəmir.

Təbii ki, Ermənistan rəhbərliyinin KTMT-yə müraciətləri, qaldırdığı əsassız hay-küy həmişə olduğu kimi, yenə də onların acizliyini, qorxaqlığını və riyakar olduqlarını isbatlayır. Azərbaycan Ordusu işğaldan azad etdiyi ərazilərdə vəziyyətə tam nəzarət edir. Azərbaycan öz ərazilərinə nəzarət edir və bu baxımdan Ermənistan hakimiyyətinin çağırışlarına KTMT-nin cavab verməməsi tamamilə haqlı addım sayılıb və yenə də haqlı addım olaraq qəbul edilir. KTMT də yaxşı qəbul edir ki, müharibəyə qədər Ermənistan hakimiyyəti bütün beynəlxalq davranış qaydalarını pozurdu və hətta bu ölkədə KTMT-nın baş katibi belə həbs edilmişdi, bir il ərzində KTMT-yə rəhbər nəzərdə tutulan şəxsin namizədliyinə də veto qoyulmuşdi. Maraqlıdır, bütün bunların müqabilində Ermənistan hansı üzlə kömək almaq istəyirdi bu təşkilatdan? Bu simasızlıqları ikrah doğurmazdımı və indi KTMT Ermənistana niyə yardım etməlidir?

Artıq Ermənistanda KTMT-yə münasibət dəyişib və ermənilər tez-tez ölkənin bu təşkilatdan çıxması haqqında müzakirələrə belə qoşulurlar. Müzakirələrin məğzinin nifrət ruhuna kökləndiyi də göz önündədir və qəti şəkildə gilədilə bilməz. Bu eyni zamanda ondan xəbər verir ki, bütövlükdə erməni cəmiyyətinin KTMT ilə bağlı arzuları puç olub, istəkləri də ürəyində qalıb. Artıq ermənilər bu qənaətdədirlər ki, KTMT Ermənistanın təhlükəsizliyinə təminat verməz və buna maraqlı da deyil. Həm də ermənilər Azərbaycanın həmin təşkilatda da nüfuzunu yaxşıca görürlər və bunu da həzm edə bilmirlər. Bu isə təşkilatın günahı deyil, birbaşa ermənilərin özlərinin bu zamana qədərki, həmçinin hazırkı günahlarının, səhvlərinin, qanunsuzluqlarının təzahürüdür. Bu aura, bu atmosfer KTMT ilə bağlı puç olan erməni arzularidır.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə