Aİ Azərbaycanın mövqeyini dəstəkləyir - DEPUTAT ŞƏRH ETDİ

“Düşünürəm ki, bu gün Azərbaycanla Avropa İttifaqı arasında münasibətlər yüksək səviyyədədir. Burada cənab Prezidentin rolu, apardığı uğurlu xarici siyasəti qeyd etmək lazımdır”. Bu sözləri SİA-ya açıqlamasında millət vəkili Ceyhun Məmmədov bildirib.

Onun sözlərinə görə, bu gün dünya siyasətinin aparılmasında, bu siyasətin konturlarının cızılmasında Avropa İttifaqının böyük rolu var: “Aİ həm də Azərbaycanla Ermənistan münasibətlərin normallaşması istiqamətində də səylərini davam etdirir və Azərbaycanın mövqeyini dəstəkləyir. Bu istiqamətdə davamlı addımlar atır. Hesab edirəm ki, bütün bunların fonunda əməkdaşlığın inkişafı önəmlidir. İki dəfə Aİ-də həm cənab Prezident, həm də Ermənistanın baş naziri arasında tədbirlər keçirilib. Hesab edirəm ki, bu görüşlər də olduqca önəmlidir. Çünki Aİ bu prosesdə vasitəçilik vəzifəsini öz üzərinə götürüb. Azərbaycan Aİ ilə bir neçə ölkə arasında müttəfiqlik sazişi imzalayıb.

Hesab edirəm ki, bütün bunlar nəzərə alındıqda bu əlaqələrin inkişafı, daha da genişləndirilməsi mühüm əhəmiyyət və önəm kəsb edir”.

Müəllif: Səbinə Hüseynli

Bütün xəbərlər Facebook səhifəmizdə