“Müstəqilliyimiz əbədidir, sarsılmazdır, dönməzdir” FOTOLAR

Yeni Azərbaycan Partiyası Ağdaş rayon təşkilatının təşkilatçılığı ilə YAP Yenicə kənd ərazi partiya təşkilatında “Müstəqlliyimiz əbədidir, sarsılmazdır, dönməzdir” mövzusunda tədbir keçirilib. Tədbirdən öncə Yenicə kəndindən olan şəhidlərin abidə kompleksi ziyarət olunub, kompleks önünə gül dəstələri düzülüb. Tədbiri YAP Ağdaş rayon təşkilatının məsul əməkdaşı Pərviz Əhmədov açaraq iştirakçılara mövzuya dair ümumi məlumat verdi və Azərbaycanın müstəqillik tarixindən danışdı. Tədbirdə çıxış edən YAP Ağdaş rayon təşkilatının məsul əməkdaşı Anar Şahmuradov Azərbaycanın müstəqilliyini qazandığı ilk illərdə üzləşdiyi problemlərdən danışdı və həmin dövrdə səriştəsiz, naşı rəhbərlər üzündən ölkənin parçalanmaq təhlükəsi ilə üz-üzə qaldığına diqqət çəkdi. AXC-Müsavat hakimiyyətinin xəyanəti nəticəsində torpaqlarımız işğal olundu, ölkə olmazın problemlərlə üz-üzə qaldı. Anar Şahmuradov qeyd etdi ki, xalqın təkidli tələbi ilə Bakıya qayıdan ulu öndər Heydər Əliyev qısa zamanda ölkədə daxili sabitliyi təmin etdi və ictimai-siyasi həyatı öz normal axarına qaytardı. Ulu Öndər Heydər Əliyev xalqı və ölkəni parçalanmaq təhlükəsindən xilas edərək müstəqilliyimizi qoryub saxladı. Bu gün ulu öndər Heydər Əliyevin siyasi kursu ölkəmizdə Prezident cənab İlham Əliyev tərəfindən uğurla həyata keçirilir və Azərbaycan davamlı olaraq inkişaf edir. Öz ərazi bütövlüyünü təmin edən Azərbaycan artıq Cənubi Qafqazın lider dövləti olaraq dünyada yüksək nüfuz sahibinə çevrilmişdir. Ölkə başçısının həyata keçirdiyi düşünülmüş uğurlu siyasət nəticəsində Azərbaycan davamlı uğurlara imza atır. Müstəqil Azərbaycan dövlətinin milli maraqları yürüdülən siyasətin mərkəzində dayanır və ölkənin gələcək inkişafı naminə misilsiz işlər görülür.

Tədbirdə çıxış edən partiya fəalları cənab Prezident İlham Əliyevin həyata keçirdiyi uğurlu daxili-xarici siyasətdən məmnunluqla danışaraq, müstəqil Azərbaycanın firavan gələcəyi naminə öz vətəndaşlıq vəzifələrini layiqincə yerinə yetirəcəklərini qeyd etdilər.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...