ÜST Ermənistanın hansı dələduzluğunu ifşa etdi? İDDİA

Erməni həkim: “Müharibədə ölənləri koronavirus xəstəsi kimi qeydiyyata alıblar”

“ÜST COVID-19-la bağlı hesabatında qeyd edib ki, Ermənistanda COVID-19-dan ölüm hallarının sayı həddindən artıq şişirdilib”. SİA xəbər verir ki, bu barədə erməni həkim Gevorq Qriqoryan özünün “Facebook” sosial şəbəkə səhifəsində yazıb.

Onun sözlərinə görə, buna cavab olaraq Ermənistan Səhiyyə Nazirliyi özünə bəraət qazandırmağa, günahı texniki hesablama qruplarının üzərinə atmağa başlayıb və bildirib ki, “təsadüf” və ya “texniki səhv” nəticəsində koronavirus səbəbindən ölüm hallarına 44 günlük müharibə zamanı ölmüş şəxslər də daxil edilib.

“ÜST-nin siyasi qurum olduğunu və bu məlumatı hazırkı hakimiyyətin istefasını tələb edən aktiv mərhələdə yaydığını nəzərə alsaq, onda belə qənaətə gəlmək olar ki, indiki hökumətə artıq Qərb lazım deyil, buna görə də onları istifadə edilmiş maska kimi ata bilərlər”, deyə erməni həkim Qriqoryan məsələnin bir tərəfinin də siyasi məqsədlərə aid olduğunu iddia edib.

Rövşən RƏSULOV

Bütün xəbərlər Facebook səhifəmizdə