Ermənilər Qarabağdan birdəfəlik çıxıb getməlidir - MÜSAHİBƏ

Politoloq Məhəmməd Əsədullazadənin SİA-ya müsahibəsini təqdim edirik:

-Artıq üçüncü həftədir ki, Ermənistanda aksiyalar səngimir. Sizcə, bu aksiyaların iqtidarın siyasi kursuna təsiri olacaqmı?

-Ümumiyyətlə, Ermənistanda baş verən daxili etirazlar, ilk növbədə, Nikol Paşinyanın devrilməsinə əsaslanır. Paşinyanın Azərbaycanla münasibətlərin normallaşma prosesinə start verməsi revonşist qüvvələrin əlinə fürsət verib. Çünki Baş nazir Nikol Paşinyan Prezident İlham Əliyev ilə Brüssel görüşü zamanı Azərbaycanın irəli sürdüyü 5 təməl şərti qəbul etmişdi. O, əvvəl də qeyd etmişdi ki, Qarabağ məsələsi Azərbaycan konstitusiyası çərçivəsində həll olunmalıdır. Bu kimi pozitiv çıxışların ardından Paşinyanın Rusiya tərəfindən Kremlə çağırıldı. Geri qayıdandan sonra Paşinyan Rusiyanın Azərbaycanla Ermənistan arasındakı münasibətlərin normallaşması prosesinin əleyhinədir. Görünür ki, proseslərə Rusiya mane olur. Doğrudur, Ermənistanın ziyalı təbəqəsi Paşinyana məktub yazaraq Azərbaycanla proseslərin normallaşması tərəfdarı olduqlarını bildiriblər. Lakin revonşist qüvvələr də bu məsələdə xeyli təsir gücünə malikdir. Bu qüvvələrin arxasında da Rusiya dayanıb. Hesab edirəm ki, bu aksiyalar Paşinyanın hakimiyyətdən getməsinə gətirib çıxara bilməz. Amma Ermənistan cəmiyyəti cinayətə meyilli olduğuna görə Paşinyan bir qədər ehtiyat edir.

-Minsk Qrupu ilə bağlı Ermənistanın israrları nədən qaynaqlanır?

-Məhz 30 il ərzində Minsk Qrupu Ermənistanın maraqlarına cavab verib. Minsk Qrupu daim çalışıb ki, Qarabağ məsələsi ilə bağlı Azərbaycanı güzəştə məcbur etsin. Ermənistanda indidə bu məsələni gündəmə gətirməklə nəyəsə nail olmağa çalışırlar. Ermənistan Xarici İşlər Nazirliyi də, rəsmi Yerevan da qeyd etdilər ki, Qarabağın statusu məsələsi prioritet hesab olunur. Bu, konkret olaraq Azərbaycanın daxili işinə qarışmaq deməkdir. Cənab İlham Əliyev də bu məsələnin tamamilə bitdiyini bildirib. Əgər Ermənistan sülh müqaviləsini istəyirsə, Azərbaycanın ərazi bütövlüyünü tanıyırsa, geri çəkilməlidir. Bu məsələni qabartması Rusiyanın regionda mövqeyini gücləndirir. Düşünürəm ki, belə olduğu halda Avropa Birliyi də məsələyə qarışmalı və Ermənistana təzyiq etməlidir.

-Bu yaxınlarda Niderlandda səfərdə olan Ermənistanın baş naziri Nikol Paşinyan növbəti dəfə Azərbaycana qarşı ittihamlar səsləndirdi. Sülh prosesinin gündəmdə olduğu bir dövrdə bu cür yanaşmalar prosesə necə təsir edə bilər?

-Nikol Paşinyan bu gün sülhdən danışırsa, növbəti gün Azərbaycana qarşı qeyri-ciddi adekvat addımlar ata bilir. Beləliklə, o, həm Moskva, həm də Brüssel masasında əyləşməyə çalışır. Bu məsələ artıq sülhlə yekunlaşmalıdır. Bunun alternativi müharibədir. Müharibə də Ermənistanın məğlubiyyəti deməkdir və Nikol Paşinyan da bunu yaxşı bilir. Onun ittihamları tipik erməni məkrliyidir. Bu, nəyisə dəyişməyəcək, çünki Azərbaycan artıq istədiyinə nail olub. Bütün bunlar Ermənistanın çıxılmaz vəziyyətdə qaldığını göstərir.

-Sərhədlərin dəqiqləşməsi kimi məsələlərdən danışırıqsa, Azərbaycan daxilində hansıstatusdan danışmaq olar?

-Ümumiyyətlə, dövlət sərhədlərinin delimitasiya və demarkasiya məsələsi konkret olaraq iki dövlət tərəfindən sərhədlərin həm sənəddə, həm də sahədə razılaşdırılması deməkdir. Bu da sülh sazişində öz əksini tapmalıdır. Artıq Ermənistan Azərbaycanın ərazi bütövlüyünü tanımalıdır. Təbii ki, Ermənistanın mövqeyi onların Azərbaycana verdiyi təkliflərdə də əks olunub. Düzdü, bu, Azərbaycanın daxili işinə qarışmaq və konkret sülh prosesinə mane olmaqdır. Ermənistan bunu unutmalıdır. Biz ona görə müharibə etmədik ki, yenidən status məsələsi meydana gəlsin. Ermənistan bunu davam etdirəcək, yenidən silahlar işə düşəcək. Azərbaycan bunu rəsmi şəkildə qeyd edib.

-“Qarabağda yaşayan ermənilərin Azərbaycanın tərkibində gələcəyi yoxdurfikri nə dərəcədə ciddi qəbul edilə bilər?

-200 ildir Qarabağ ermənilərindən Azərbaycana qarşı təzyiq kimi istifadə olunub. Xüsusilə, bu təzyiq siyasətini Rusiya həyata keçirib. Qarabağ erməniləri də həmin ərazilərə gəldikdən sonra Azərbaycana qarşı çıxıblar, soyqırımlar törədiblər və birgə yaşayışda problemlər özünü göstərib. Bu mənim şəxsi mövqeyimdir, mən belə düşünürəm ki, ermənilərin Qarabağda yeri yoxdur. Ermənilərlə birgə yaşayış mümkün deyil. Ümumiyyətlə, ermənilər Qarabağdan birdəfəlik çıxıb getməlidir. Çünki nə qədər ki Qarabağda erməni var, orada sülh mümkün olmayacaq.

Müəllif: Ləman Əlizadə

Bütün xəbərlər Facebook səhifəmizdə