Donald Tramp “opponent”ini öz adıyla çağırıb: “hiyləgər ördək”...

...O gün ermənilərin müşayəti ilə Azərbaycana qarşı hədyanlar danışırdı.

Budur, bu gün Donald Tramp onu öz adıyla, “hiyləgər ördək” deyə çağırıb.

SİA-nın əldə etdiyi məlumata görə, söhbət ABŞ prezidentliyinə müstəqil namizədliyini verən kiçik Robert Kennedidən gedir.

Trampın fikrincə, demokratların “ABŞ tarixinin ən pis prezidenti olan Cozef Baydenin yenidən seçilməsinə kömək etmək üçün balaca Kennedi lazımdır. O, əmindir ki, ona verilən bütün səslər sonda “boşa gedəcək”.

Bundan əvvəl Amerika telekanalı xəbər vermişdi ki, seçkilərdə müstəqil namizədlərin iştirakı Baydendən daha çox Trampa zərər verir, o vaxtdan ikinci namizəd yarışın aşkar favoriti olur.

Xatırladaq ki, ABŞ-da seçkilər noyabrın 5-də keçiriləcək. Bayden və Tramp artıq ABŞ prezidentliyinə namizəd kimi irəli sürülmək üçün lazımi sayda nümayəndə səsini toplayıblar.

Nazlı

Bütün xəbərlər Facebook səhifəmizdə