Ov tüfəngi könüllü polisə təhvil verilib

Qanunsuz saxlanılan odlu silah-sursatın aşkar olunması istiqamətində polis əməkdaşları tərəfindən profilaktik tədbirlər davam etdirilir. DİN mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, Abşeron rayonu, Masazır qəsəbəsində yaşayan bir nəfər Abşeron Rayon Polis İdarəsinə müraciət edərək əmisi oğlunun hədiyyə etdiyi sənədləri olmayan ov tüfəngini könüllü təhvil vermək istədiyini bildirib. Vətəndaşa nümunəvi hərəkətinə görə təşəkkür edilib.

Abşeron RPİ əməkdaşları tərəfindən bu istiqamətdə profilaktik tədbirlər davam etdirilir.

Bütün xəbərlər Facebook səhifəmizdə