TikTok qadağası Baydenin səslərini azalda bilər

Ölkədə TikTok-un qadağasını nəzərdə tutan qanun layihəsini imzalaması ABŞ Prezidenti Co Baydenin seçki kampaniyasında səslərinə mənfi təsir göstərə bilər. SİA nın xarici mətbuata istinadən verdiyi xəbərinə görə, Çinin “ByteDance” şirkətinin səhmlərini satmasından imtina etməsi ilə əlaqədar ABŞ-da belə qanun qəbul edilib. Ancaq Co Baydenin bu qanunu imzalamasının gənc seçicilərin Donald Trampı dəstəkləməsinə səbəb ola biləcəyi proqnozlaşdırılır.

Bütün xəbərlər Facebook səhifəmizdə