Bakıda 56 yaşlı qadını avtomobil vurub

Bakının Nəsimi rayonunda piyadanın xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. SİA-nın məlumatına görə, rayonun Həsən Əliyev küçəsində qeydə alınıb.

Belə ki, avtomobil yolu keçən 1968-ci il təvəllüdlü Seyidova Sevda Tofiq qızını vurub.

Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb. Hadisənin təfərrüatı araşdırılır.

Bütün xəbərlər Facebook səhifəmizdə