Bakı şəhərinin Yasamal rayonunda minik avtomobili yanıb.

SİA yerli mənbələrə istinadən xəbər verir ki, rayonda "Hyundai" markalı minik avtomobilinin mühərrik hissəsi və salonu yanıb. Avtomobilin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Bütün xəbərlər Facebook səhifəmizdə