Yoxlamalar terror hücumları təhlükəsi səbəbindəndir..?

Rusiya Federasiyası ilə Qazaxıstan sərhədində uzun tıxac yaranıb

...Aprelin 28-nə keçən gecə Rusiya Federasiyasının Qazaxıstanla sərhədində tıxac yaranıb.

“İnterfaks”ın məlumatına görə, bir sıra KİV-lər, guya, Tacikistan vətəndaşlarının quru yollarla Rusiya Federasiyasına girişinə qadağa qoyulması ilə əlaqədar keçid məntəqəsində avtomobil növbələrinin yarandığını yazıb.

SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, Rusiya Xarici İşlər Nazirliyi vəziyyəti şərh etməli olub.

Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova, departamentin saytında sərhəddəki çətinliklərin təhlükəsizlik tədbirlərinin gücləndirilməsi və “Crocus City Hall”dakı terror aktından sonra terror təhlükəsinin davam etməsi ilə əlaqələndirib.

O qeyd edib ki, sərhəd nəzarəti orqanları sərhədi keçən şəxslərin vətəndaşlığından asılı olmayaraq buraxılış məntəqələrində yoxlama işləri aparır.

Zaxarova əlavə edib ki, nəzarət-buraxılış məntəqəsində avtomobillərin sayı barədə məlumatlar şişirdilir. Onun sözlərinə görə, əcnəbilərin 40 faizi dərhal geri qayıtmaq və ölkədə qalmağa davam etmək üçün ayrılmış 180 gündən 90 gün sonra Rusiyanı tərk etməyə çalışır.

Qeyd edək ki, bundan əvvəl KİV yüzlərlə Tacikistan dövlət nömrə nişanlı avtomobilin Orenburq vilayətində Qazaxıstan və Rusiya sərhədində “ilişib” qaldığını yazmışdı.

SİA-nın dünən də yazdığı kimi, aprelin 27-də Tacikistan Xarici İşlər Nazirliyi vətəndaşlarına Rusiyaya səfərdən müvəqqəti çəkinməyi tövsiyə edib.

Nazlı

Bütün xəbərlər Facebook səhifəmizdə