U-17 millimiz Tacikistanı penaltilər seriyasında məğlub edib

17 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi Belarusun paytaxtı Minskdə təşkil olunan İnkişaf Turnirində növbəti oyununu keçirib. SİA-nın məlumatına görə, yığma Tacikistan kollektivi ilə üz-üzə gəlib.

Qarşılaşmanın əsas vaxtı heç-heçə yekunlaşıb - 2:2. Penaltilər seriyasında daha dəqiq oynayan komandamız qələbəyə sevinib.

Qeyd edək ki, Azərbaycanın U-17 millisi ilk matçında Belarusa 0:4, daha sonra Özbəkistana 0:2 hesabı ilə uduzub.

Bütün xəbərlər Facebook səhifəmizdə