İngiltərə Rusiyanın Qərb ölkələrinə göndərdiyi siqnalı açıqlayıb

...Moskvada Ukrayna Silahlı Qüvvələrindən ələ keçirilən texnikalarının sərgisi Rusiyanın Qərb ölkələrini ələ salmasıdır.

SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, bu fikri Britaniyanın Daily Express (DE) nəşri bildirib.
...NATO sərgisi ABŞ və Böyük Britaniyanın daha milyardlarla dollar hərbi yardım göndərmək barədə razılığa gəlməsindən bir neçə gün sonra Vladimir Putinin Qərbi məsxərəyə qoyması kimi qiymətləndirilir.

Bunu nəşr yazır.

Qeyd edək ki, bundan əvvəl Kreml rəsmisi Dmitri Peskov Rusiya prezidenti Vladimir Putinin Ukrayna Silahlı Qüvvələrinin ələ keçirilən texnikalarının sərgisinə gəlib-gəlməyəcəyini bilmədiyini bildirib.

Bundan da əvvəl isə Rusiya Müdafiə Nazirliyi sərginin mayın 1-də Poklonnaya təpəsindəki Qələbə parkında açılacağını bildirmişdi.

Bildirilib ki, ziyarətçilərə ABŞ, Böyük Britaniya, Fransa, Türkiyə, Avstriya və digər ölkələrdən gətirilən hərbi texnikanın nümunələri nümayiş etdiriləcək.

Nazlı

Bütün xəbərlər Facebook səhifəmizdə