Gənc qız manyak hücumuna məruz qalıb...

Moskvadakı meşə parklarından birində 28 yaşlı qıza hücum olunub və qızın bərk qışqırması hücum edən manyakı qorub qaçmağa məcbur edib.

SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, hadisə aprelin 24-də Bitsevski meşəsi ərazisində baş verib.

Bu barədə Moskva üzrə İstintaq Komitəsinin Baş İstintaq İdarəsinin mətbuat xidməti xəbər verib.

...Müəyyən edilib ki, hücum edən şəxs tanımadığı moskvalı qıza hücum edərək onu yerə yıxıb, daha sonra onu təhqir edib. Qız uca səslə köməyə çağırmağa başlayıb və hücum edən qaçıb aradan çıxıb.

Amma tezliklə tutulub.

Və onun 20 yaşlı gənc olduğu üzə çıxıb.

İstintaq Komitəsi qeyd edir ki, tutulan gənc Rusiya Federasiyası Cinayət Məcəlləsinin 132-ci maddəsinin 1-ci hissəsi (seksual xarakterli zorakılıq hərəkətləri) ilə ittiham olunub.

Nazlı

Bütün xəbərlər Facebook səhifəmizdə