Timur İvanovun tabeliyində olan Anton Filatov da həbs edilib...

Anton Filatov iki ay müddətinə həbs edilib, hələ ki…

...Rusiya Müdafiə Nazirliyinin keçmiş rəis müavini Timur İvanovun keçmiş tabeliyində olan Anton Filatov da həbs edilib. O, külli miqdarda mənimsəmədə ittiham olunur.

SİA Rusiya qaynaqlarına istinadən xəbər verir ki, bu barədə KİV məlumat verir.

...Basmannı məhkəməsi Müdafiə Nazirliyinin tabeliyində olan bir neçə şirkətin keçmiş rəhbəri Anton Filatovu həbs edib. İstintaq onu xüsusilə külli miqdarda mənimsəmədə ittiham edir.

Bunu “Kommersant” qəzeti yazır.

Qeyd edək ki, mənimsəmənin məbləği göstərilmir.

Onu da qeyd edək ki, Filatov əvvəllər İvanova Rusiya Müdafiə Nazirliyinin ehtiyacları üçün tikinti layihələrinin idarə edilməsində köməklik edib.

Qəzetin yazdığına görə, Filatov istintaqdan qaça biləcəyi üçün həbs edilib. Doğrudur, vəkillər bunun baş verməyəcəyinə zəmanət veriblər. Lakin hakim onlara inanmayıb və Filatovun iki ay müddətinə istintaq təcridxanasına göndərilməsinə qərar verib.

Filatovun özü 2002-2010-cu illərdə Rusiya hərbi-sənaye kompleksinin müəssisələrində rəhbər vəzifələrdə çalışıb. Daha sonra ticarətlə məşğul olub. 2012-ci ildə o, Moskva vilayəti hökumətinin sədr müavini olarkən İvanovun müşaviri olub. Bəzi mənbələrə görə, 2013-cü ildə “Oboronlogistika”-da işləməyə başlayıb.

Xatırladaq ki, İvanovun özü xüsusilə külli miqdarda rüşvət almaqda ittiham olunur. KİV-in məlumatına görə, onun məbləği bir milyard rubldan çoxdur. Müdafiə Nazirliyi nazirinin müavini kimi İvanov dəbdəbəli mülklər tikir və ailəsini tez-tez xaricə istirahətə göndərirmiş.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə