Sunak Ukraynaya hərbi söz verdi

Böyük Britaniya növbəti altı il ərzində Ukraynaya təhlükəsizlik dəstəyini davam etdirəcək.

SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, Krallığın baş naziri Rişi Sunak bu barədə Amerikanın “The Wall Street Journal” qəzetindəki köşə yazısında yazıb.

...Böyük Britaniya Ukraynaya uzunmüddətli təhlükəsizlik zəmanəti verən ilk ölkə oldu. Biz indi onilliyin sonuna qədər Ukraynaya ən azı eyni səviyyədə dəstək vermək öhdəliyi götürürük.

Bunu yazan Böyük Britaniyanın baş naziri xüsusilə qeyd edib ki, London Kiyevə “daha ​​çox vəsait” ayırmaq niyyətindədir və nəticədə ayrılan yardımın ümumi məbləği 15 milyard dollar təşkil edəcək.

Nazlı

Bütün xəbərlər Facebook səhifəmizdə