İki qardaş ölkənin münasibətləri ən yüksək zirvədədir - TƏHLİL

İki qardaş ölkə, Türkiyə və Azərbaycan arasında münasibətlərin yüksələn xətt üzrə inkişaf etdiyi günün reallığıdır və bu reallığı bu ölkələrlə yanaşı bütün dünya ölkələri də qəbul və etiraf etməkdədir. Eyni zamanda hər iki ölkə rəhbərinin dosluq və qardaşlıq münasibətləri də göz önündədir və bütün bunlar onu deməyə əsas verir ki, ölkələrimiz arasındakı münasibətlər bundan sonra daha da yaxşılaşacaq və bütün dünya ölkələrinə örnək, nümunə olmaqda davam edəcək.

Əlbəttə ki, 14 may tarixində Türkiyədə Rize-Artvin Hava Limanının açılış mərasimində Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanla yanaşı Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin də iştirakı sözügedən dostluq münasibətlərini təsdiq edir, isbatlayır. Xatırladığımız kimi, bir qədər öncə, 44 günlük qələbəmizdən sonra işğaldan azad etdiyimiz ərazilərimizdə inşa edilmiş Füzuli Hava Limanının açılışında da Türkiyə Respublikasının Prezidenti cənab Rəcəb Tayyib Ərdoğan Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevlə birgə iştirak etmiş. Sözsüz ki, bütün bunlar təsadüfi sayıla bilməz və sıradan bir addım da deyil, əksinə qardaşlığımız, dosluğumuz, münasibətlərimizin ən yüksək zirvədə olması barədə bütün dünyaya verilən mesajlardır.

Türkiyədə Rize-Artvin Hava Limanının açılış mərasimində hər iki ölkənin dövlət başçılarının birgə iştirakı, eləcə də ölkə rəhbərimizin çıxışı yerli sakinllər tərəfindən böyük coşqu ilə qarşılanıb ki, bu özü də birliyimizi, dostluğumuzu, qardaşlığımızı sübut edən məqam hesab olunur. Sübut olundu ki, dostluğumuz və qardaşlığımız, ümumiyyətlə, Türkiyə-Azərbaycan münasibətləri ən yüksək zirvədədir və hələ də bu münasibətlər yüksəlməkdə, inkişaf etməkdə durmadan davam edir.

Sözsüz ki, iki qardaş ölkə arasındakı bu qardaşlıq münasibətlərinin ən yüksək zirvəyə çatmasında hər iki ölkə rəhbərinin misilsiz xidmətləri və rolu vardır, hansıki bu, danılmazdır. Ölkə rəhbərlərimizin beynəlxalq platformalarda belə bir-birinə arxa, dahaq durması da sir deyil və bütün dünya ölkələrinin liderlərinin iştirak etdiyi bu platformalarda sərgilənən dosluq və qardaşlıq münasibətləri olub. Bu gün ölkələrimiz arasında olan bu təntənə davam etməkdədir. Azərbaycan hər bir işində, uğurunda öz yanında Türkiyəni, qardaş ölkə Türkiyə də Azərbaycanı görüb və göründüyü kimi bu ənənə davam etməkdədir. Yenə də həmişə olduğu kimi, istər Azərbaycanda, istərsə də Türkiyədə böyük llayihələr gerçəkləşdiriləndə hər iki ölkə rəhbəri yanaşı olurlar, birgə iştirak edirlər.

Nəzərə çatdırmaq yerinə düşərdi ki, ən çox diqqəti çəkən məqamlardan biri də məhz 44 günlük müharibənin ardınca qazandığımız qələbədən sonra işğaldan azad edilən torpaqlarımızda bərpa işlərində iştirak edən şirkətlər arasında Türkiyə şirkətləri daha çoxdur. Bütün bunlar təsdiq edir ki, Türkiyə bir qardaş ölkə olaraq işğaldan azad olunan ərazilərimizin bərpasında, çiçəklənməsində maraqlıdır və öz qardaş köməyini əsirgəmir. Eləcə də Azərbaycan Prezidentinin Türkiyədə Rize-Artvin Hava Limanının açılış mərasimində Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanla yanaşı iştirak etməsi də öz növbəsində bizim münasibətlərimizin hansı müstəvidə və hansı səviyyədə olduğunu göstərir.

İstər Azərbaycanda Füzuli Hava Limanının, istərsə də Türkiyədə Rize-Artvin Hava Limanının açılış mərasimində hər iki ölkə rəhbərinin birgə iştirakı əslində, bütövlükdə türk dünyası üçün olduqca əhəmiyyətlidir. Əlbəttə ki, bu addımlar, bu münasibətlər bütövlükdə türk dünyası ölkələri arasında əlaqələrin daha da möhkəmlənməsinə öz tövhəsini verməyə bilməz. Bu münasibətlər bir örnək olaraq qəbul edilir və bütövlükdə türk dünyası ölkələrinin bu münasibətlərdən bir nümunə götürəcəyinə şübhəmiz yoxdur.

Daha bir məqama diqqət etmək yerinə düşərdi ki, dünyada qardaş xalqlar təkcə biz deyilik, amma bu xalqlar arasındakı münasibətlər heç də bizimki kimi deyil və bu qürurvericidir. Çünki qardaşlıq münasibətlərini müttəfiqlik səviyyəsinə qaldırmaq asan məsələ deyil və buna məhz biz, Azərbaycan və Türkiyə birlikdə nail olub. Şuşa Bəyannaməsi də, Azərbaycanda Fizuli Hava Limanın, eləcə də Türkiyədə Rize-Artvin Hava Limanının açılış mərasimində ölkə rəhbərlərimizin iştirakı da bu müttəfiqliyi bir daha dünya ölkələrinə nümunə olaraq göstərib, nümayiş etdirib və hər kəs artıq bunun fərqindədir. Bu müttəfiqlik isə, təbii ki, özlərini bizə dost hesab edən ölkələri sevindirir, düşmən hesab edən ölkələri isəməyus edir, çünki bu müttəfiqliyin əbədi və sarsılmaz olduğu öz təsdiqini artıq dəfələrlə tapıb.

Onu da vurğulamaq lazımdır ki, ölkələrimiz arasında bu münasibətlərin, bu müttəfiqliyin fonunda istər Azərbaycanin, istərsə də Türkiyənin dövlət başçıları milli maraqlara xidmət edən siyasət yürüdürlər. Bu siyasət isə təbii ki, hər iki dövvlətin inkişafına, tərəqqisinə, dünya dövlətləri arasında söz sahibi olmasına, nüfuzuna öz tövhəsini verməkdədir. İndi bütün dünya dövlətləri yaxşı bilirlər ki, Türkiyə və Azərbaycan hər zaman bir-birinin yanındadır və bir-birinin maraqlarını müdafiə etməyə hazırdır. Bu, hər iki ölkənin birliyi ilə yanaşı, onların bütün dünyada gücünün, qüdrətinin olması deməkdir.

Bütün dünya ölkələri 44 günlük müharibə zamanında da, müharibədən əvvəl də, sonra da Türkiyənin Azərbaycana necə mənəvi, siyasi dəstək verdiyinin şahidi oldular. Gördülər ki, bu qardaş ölkə Azərbaycanı müdafiə edir və bundan sonra da edəcək, hər zamankı kimi mənəvi və siyasi dəstəyini əsirgəməyəcək. “Azərbaycanın sevinci sevincimiz, kədəri isə kədərimizdir”, deyən Atatürkün, eləcə də, “Biz bir millət, iki dövlətik”, deyən Ulu Öndər Heydər Əliyevin bizim üçün miras qoyduğu yolu hər ölkə rəhbəri uğurla davam etdirir, bu ənənəyə sadiqlik nümayiş etdirir. Məhz bunun sayəsində, bu ənənənin davam etdirilməsi, dosluğumuzun daha da möhkəmləndirilməsi sayısində indi artıq Türkiyə-Azərbaycan münasibətləri ən yüksək zirvədədir.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə