YAP Masallı rayon təşkilatının əməkdaşları şəhidin məzarını ziyarət ediblər - FOTOLAR

Yeni Azərbaycan Partiyası Masallı rayon təşkilatının sədri Seyfəddin Əliyev, Masallı rayon İcra Hakimiyyəti aparatının Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin böyük məsləhətçisi Nurlan Muradov, Masallı RİHB-nın Masallı şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəsi Əbülfəz Nuriyev, Masallı rayon Gənclər və İdman İdarəsinin rəisi Sabiq Cahangirov, YAP Masallı rayon təşkilatının əməkdaşları və fəalları, rayon ictimaiyyətinin nümayəndələri şəhid Şahhüseynli Zeynal Fizuli oğlunun doğum günü münasibəti ilə şəhidin Masallı şəhərində ailəsini və məzarını ziyarət edib, əziz xatirəsini ehtiramla yad ediblər.

Şəhidin ailə üzvləri göstərilən diqqətə görə öz minnətdarlıqlarını bildiriblər.

Allah şəhidlərimizə rəhmət eləsin!

Rəfiqə

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...