Rusiya Ukraynanın ərazisindən çıxmağı planlaşdırmır - POLİTOLOQ AÇIQLADI

"Rusiyanın Ukraynaya qarşı apardığı işğal prosesi təbii ki, Avropanın təhlükəsizlik arxitekturasını pozur". Bu sözləri SİA-ya açıqlamasında politoloq Məhəmməd Əsədullazadə deyib.

Onun sözlərinə görə, bu müharibə hələ də davam edir: "Ukraynaya NATO-nun hərbi dəstək göstərməsi müharibənin hələ davam edəcəyini ehtimal edir. Çünki Rusiyanın geopolitik qarşıdurmada zəiflədilməsi Qərbin əsas prioritetlərindən biridir. Bundan əlavə Rusiya Ukraynanın ərazisindən çıxmağı planlaşdırmır. Rusiya Cənub-Şərqi Azov və Qara dəniz istiqamətində Ukraynanın çıxışının qarşısını almaq və burada qondarma respublika yaratmaq, öz ərazisinə daxil etməkdən ibarətdir. Bu xüsusdan götürdükdə müharibənin davam etməsi gözlənilir. Atəşkəs çağırışı birbaşa Rusiyanın maraqlarına cavab verir. Çünki Rusiya hesab edirəm ki, müharibə Rusiya qoşunlarının Ukrayna ərazisindən çıxarılmasına qədər davam edəcək. Bu, Ukraynanın döyüş qabiliyyətindən, əks-hücumundan asılı olacaq".

Arzu Qurbanzadə

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...