Ermənistan həmişə olduğu kimi yenə də xaricdən idarə olunur - DEPUTAT DANIŞDI
“Ermənistanda müxalifət qüvvələri dedikdə biz birmənalı olaraq, Qarabağdan getmiş müxalif, əslində isə cinayətkarları nəzərdə tuturuq. İrəvanda baş verənlər isə bir neçə quldurun təşkil etdiyi aksiyalardır. Bunlar hərbi canilər, cinayətkarlardır”. Bu sözləri SİA-ya millət vəkili Elman Məmmədov bildirib.

Deputat neçə gündür bu prosesləri izlədiyini deyib: “Eyni zamanda erməni saytlarını da izləyirəm. Bunların hər birində sadə erməni xalqı bu canilərə nifrət etdiklərini bildirirlər. Onların quldur, cinayətkar, talançı olduqlarını bəyan edirlər. Eyni zamanda bu şəxsləri ittiham edirlər ki, son 30 ildə onların günahları nəticəsində Ermənistan bu cür fəlakətli vəziyyətə düşüb. Yəni düzgün nəticə çıxaran erməni xalqının müəyyən hissəsi qəti şəkildə öz mövqeyini bildirir ki, bunlar cinayətkar, hərbi canilərdir. 1988-ci ildə olanlar da məlumdur ki, həmin bu cütlük və onların ətrafında olanlar da həmin dövrdə SSRİ Dövlət Təhlükəsizlik Komitəsinin Qarabağda yerləşdirdiyi şəbəkədir. Onlar Moskvanın idarəsindədirlər. Ermənistanda baş verən bütün bu proseslərin mənbəyi Moskvadadır və oradam idarə olunur.
Hesab edirəm ki, Ermənistanda sadə insanlar Nikol Paşinyanın tərəfdarları da az deyil. Onlar artıq baş verənlərdən nəticə çıxarmağı bacarırlar. Əgər indiki etiraz aksiyalarını edən bu cinayətkarlar yenidən hakimiyyətə gəlsələr, Ermənistan dövlətinin sonu olacaqdır. Erməni xalqı sonda düzgün nəticə olur. Onlar son 30 ildə bunlara rəhbərlik edən cinayətkarların erməni xalqının Ermənistan dövlətinin başına gətirdiklərindən nəticə çıxarmalıdırlar. Erməni xalqı müqavimətlərini gücləndirsələr, nəinki o meydanlardan, hətta Ermənistandan belə o caniləri çıxara bilərlər. Ermənistan həmişə olduğu kimi yenə də xaricdən idarə olunur. Arzuolunandır ki, bu məsələlərdə Azərbaycan xalqına qarşı hərbi cinayətlər törədənlər ciddi cəzalandırılsınlar”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB