Azərbaycan-İtaliya arasında diplomatik əlaqələrin qurulmasının 30 ili tamam olur
Azərbaycanın Xarici İşlər Nazirliyi (XİN) İtaliya ilə strateji əlaqələrin daha da möhkəmlənəcəyinə ümid edir. SİA xəbər verir ki, bu barədə XİN-in tviter səhifəsində Azərbaycan və İtaliya arasında diplomatik əlaqələrin qurulmasının 30 illiyi münasibətilə edilən paylaşımda qeyd olunub.
“Bu gün Azərbaycan və İtaliya arasında diplomatik əlaqələrin qurulmasının 30 ili tamam olur. Bu münasibətlə İtaliya Respublikasının hökumətinə və xalqına ən xoş arzularımızı çatdırırıq. Strateji əlaqələrin daha da möhkəmlənəcəyinə ümid edirik”, - XİN-in paylaşımında vurğulanıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB