Dövlətçilik tariximizdə Ümummilli Liderin özünəməxsus yeri və rolu var - SİYASİ EKSPERT AÇIQLADI
"Sosialist dövlətçiliyi və müstəqil Azərbaycan dövlətçiliyi tarixində həm müddəti, həm də məzmunu və əldə olunmuş nəticələrə görə, Ümummilli Lider Heydər Əliyev qədər və Ondan üstün demək olar ki, ikinci bir şəxsiyyət olmayıb". Bu sözləri SİA-ya açıqlamasında "Bakı xəbər" qəzetinin baş redaktoru, siyasi ekspert Aydın Quliyev deyib.
Onun sözlərinə görə, həm sovet Azərbaycan dövlətçiliyi dövründə, həm də 1991-ci ildə elan olunmuş müstəqil Azərbaycan dövlətçiliyi dövründə ölkənin inkişaf etdirilməsi, qurulması, ən müxtəlif aspektlərdən növbəti mərhələ üçün hazırlığın fundamenti yaradılması baxımından sözsüz ki, Ulu öndər Heydər Əliyevin rəhbərlik etdiyi dövrlər məzmunlu dövrlərdir: "Xüsusilə də Azərbaycanın müstəqillik elan etməsindən sonrakı mərhələdə onun daha uzun müddətdə inkişaf təmayüllərinin və inkişaf bazasının yaradılması məhz Ümummilli Lider Heydər Əliyevin adı ilə bağlıdır. Çünki Ulu öndərə qədər müstəqil Azərbaycan dövlətinə rəhbərlik etmiş şəxslər bir halda sadəcə müstəqilliyin deklarativ bəyanatı altında müəyyən dövrdə ölkəni idarə etdilər.
Başqa bir halda isə ölkə sadəcə olaraq sosial, iqtisadi və siyasi nöqteyi-nəzərdən xaosun içində idi. Erməni təcavüzünün getdikcə genişlənməsi və ağır nəticə verməsi Ulu öndər Heydər Əliyevə qədər ölkə rəhbərləri hər hansı bir formada bu problemin qarşısını ala bilmirdilər. Ümummilli Lider Heydər Əliyevin 1993-cü ildə hakimiyyətə gəlişi həm ölkədə sabitliyin bərqərar olmasında, həm iqtisadi mexanizmlərin qurulmasında, həm ölkənin xarici siyasət istiqamətlərinin sabit şəkildə müəyyənləşdirilməsi, həm də erməni təcavüzünün müvəqqəti olsa da, dayandırılmasında rol oynadı. Sonrakı təcrübə də göstərdi ki, Azərbaycan dövlətçiliyinin gücləndirilməsi və ərazi bütövlüyünün təmin olunaraq işğal olunmuş torpaqların geri alınması üçün lazımi bütün işlərin əsası məhz həmin dövrlərdə qoyulub. Ümummilli Lider Heydər Əliyevin Azərbaycanın sosialist dövlətçiliyi tarixində həm də müstəqil Azərbaycan dövlətçiliyi tarixində özünəməxsus yeri və rolu var. Bu rol nəticələrinə, məzmununa görə analoq tanımır".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB