Yeni təcrübəyə malik şəxslərin idarəetməyə cəlb olunması təqdirəlayiqdir - DEPUTAT ŞƏRH ETDİ
“Böyük Qayıdış layihəsi Azərbaycan dövlətinin həyata keçiridiyi çox mühüm bir layihədir. Bu sistemli şəkildə Qarabağı cənnətə çevirmək, ətraf mühiti qoruyan yeni texnologiyaları istifadə etmək, ağıllı şəhər və kənd layihələri tamamilə fərqli bir təcrübə tələb edir”. Bu sözləri SİA-ya açıqlamasında millət vəkili Asim Mollazadə bildirib.

Onun sözlərinə görə, bunu sovet təfəkkürünə sahib olan məmurlar vasitəsilə həyata keçirmək çətin olacaqdı: "Buna görə də islahatlar Qarabağda məhz yeni təcrübəyə sahib şəxslərin cəlb olunması dövlət idarəetməsində həyata keçirilən əsas istiqamətlərdəndir. Düşünürəm ki, Zəngəzur bölgəsində də Azərbaycanın həyata keçirdiyi nəqliyyat sisteminin formalaşmasında böyük rol oynayır. Burada mühüm layihələr həyata keçirilir və bütün bunlar tamamilə fərqli idarəetmə təcrübəsinin tətbiq olunmasını tələb edir. Yeni idarəetmə bacarığına malik kadrlar bu prosesə cəlb olunmalıdır. Qarabağda Azərbaycanın həyata keçirdiyi bir çox islahatlar tətbiq olunmalıdır. Çünki Qarabağda yenidənqurma işləri və böyük qayıdış Azərbaycan dövləti üçün çox mühüm layihədir”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB