Rusiya-Ukrayna savaşının təsirləri təkcə regional deyil - POLİTOLOQ ŞƏRH ETDİ
“Hazırda Rusiya-Ukrayna müharibəsi gərginlik mərhələsinə daxil olub. Çünki Rusiya-Ukrayna müharibəsinin tezliklə bitəcəyini proqnozlaşdırmaq özü qeyri-rasional yanaşmadır”. Bu sözləri SİA-ya açıqlamasında politoloq Tural İsmayılov bildirib.

Onun sözlərinə görə, nəzərə almaq lazımdır ki, bu günə qədər bu müharibəni başladan Rusiya Ukraynadan tələb etdiyi haqsız istəklərinə nail olmayıb: “Eyni zamanda Ukraynada müharibənin dayanması üçün Rusiya aqressiyasının səngiməyini və Rusiyanın ondan tələb etdiyi məsələləri özü üçün qəbuledilməz hesab edir. Burada ən prinsipial məsələ Ukraynanın Krımla bağlı mövqeyidir. Ukraynada ümumiyyətlə kimin hakimiyyətdə olmasından asılı olmayaraq, Krımı heç bir zaman Rusiya ərazisi kimi tanımayacaqlar. Eyni zamanda Donetsk, Luqansk məsələsində Ukraynanın qırmızı xətləri var. Bu qırmızı xətlərdən də Ukrayna tərəfindən vazkeçilməyəcək. Buna görə də bu savaşın ssenarisi uzun müddətli olacaq.
Hazırkı vəziyyət də savaşda aqressiyanın gücləndiyini göstərir. Qərb və NATO-dan Ukraynaya ilə ciddi silah-sursat dəstəkləri var. Ukrayna da indiki halda geri addım atsa, bu Ukrayna dövlətçiliyinin intiharı kimi Ukraynada şərh olunacaq. Savaşın bu qızğın mərhələsinin davamlı olacağını düşünürəm. Amma üstünlük hansısa bir tərəfdə deyil. Həm Rusiya, həm də Ukrayna böyük itkilərlə üzləşirlər. Bütövlükdə Rusiya-Ukrayna savaşının təsirləri təkcə regional deyil, qlobal əhəmiyyətlidir. Düşünürəm ki, post-müharibə dövründə dünya iqtisadi, siyasi mənzərəsi üçün kifayət qədər təhdidlər formalaşmış olacaq”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB