Yeni Azərbaycan Partiyası ümumxalq partiyasıdır

Yeni Azərbaycan Partiyası ümumxalq partiyasıdır

Ulu Öndər Heydər Əliyevin doğum günü ərəfəsində Yeni Azərbaycan Partiyası Nəsimi rayon təşkilatı “Mirmahmud Kazımovski 21” ünvanı üzrə yeni ərazi partiya təşkilatı təsis edilib. Bu münasibətlə keçirilmiş təsis iclasında çıxış edən YAP Nəsimi rayon təşkilatının sədri Azər Süleymanov, partiya üzvlərindən İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq Gənclər idman məktəbinin direktoru Elçin Mehdizadə, 4 nömrəli İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq-Gənclər İdman Şahmat Məktəbinin direktoru Elvin Hüseynov, 9 saylı Uşaq Gənclər İdman məktəbinin direktoru Vüqar İsmayılov və və başqaları cıxış edərək Yeni Azərbaycan Partiyasının kecdiyi inkişaf yolundan danışıblar. Qeyd olunub ki, Partiyamızın xarici əlaqələri çox genişdir və bu əlaqələr gündən-günə daha da genişlənir. Ölkə daxilində mövqelər çox möhkəmdir. Partiyamız demək olar ki, cəmiyyətimizin bütün təbəqələrini, bütün yaş qruplarını birləşdirir. Yeni Azərbaycan Partiyası, sözün əsl mənasında, ümumxalq partiyasıdır.

Çıxışlardan sonra cari məsələlərə baxılıb. Elvin Hüseynov yekdilliklə "Mirmahmud Kazımovski 21" ərazi partiya təşkilatının sədri, Vüqar İsmayılov isə sədr müavini seçilib. Ərazi partiya təşkilatının seçilmiş sədr və sədr müavini göstərilmiş etimada görə təşəkkürlərini bildiriblər.

Nəzakət ƏLƏDDİNQIZI

Bütün xəbərlər Facebook səhifəmizdə