Bu cür təyinatlar quruculuq işlərinin sürətlənməsinə öz töhvəsini verəcək - DEPUTAT ŞƏRH ETDİ
“Hesab edirəm ki, Zəngilana cənab Prezident tərəfindən bu cür təyinatın verilməsi çox önəmlidir. Bu gün qarşımızda çox mühüm vəzifələr dayanır”. Bu sözləri SİA-ya açıqlamasında millət vəkili Ceyhun Məmmədov bildirib.

Onun sözlərinə görə, bunlardan biri də işğaldan azad olunmuş ərazilərin bərpası və orada quruculuq işlərinin həyata keçirilməsidir: “Artıq Zəngilanda ağıllı kənd layihələri uğurla icra olunur. Bu baxımdan belə bir addım atılması çox önəmlidir və bu işlərin daha da sürətlənməsinə öz töhvəsini verəcəkdir. Həm də cənab Prezident bir neçə gün bundan öncə bu məsələyə münasibət bildirmişdi. Yeni idarəçilik metoduna keçirilir və bu addım çox önəmlidir. Bu, uğurlu olarsa, növbəti mərhələdə digər bölgələrdə də bu cür addımların atılması nəzərdə tutulacaqdır. Ümumi proseslərin, quruculuq və bərpa işlərinin də daha sürətlə həyata keçirilməsinə öz ciddi və müsbət töhvəsini mütləq verəcəkdir”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB