Azərbaycan və Qırğızıstan arasında münasibətlərin inkişafında yeni dövrün başlanğıcı ŞƏRH
Azərbaycan müstəqillik illərində dünya ölkələri ilə əlaqələrinin inkişafını diqqətdə saxlayıb, dövlətlərarası münasibətlər yeni mərhələyə yüksəlib. Azərbaycan ilə dünyanın bir çox ölkələri arasında imzalanan sənədlər, ölkələr arasında münasibətlərin daha da genişləndirilməsi istiqamətində atılan addımlar siyasi, iqtisadi və mədəni sahədə əlaqələrin dərinləşməsinə yeni imkanlar açıb. Bu əlaqələr dostluq, qarşılıqlı münasibətlərə söykənir. Azərbaycanın iştirakçısı olduğu görüşlər, təşəbbüsləri, beynəlxalq layihələri ölkəmizin nüfuzunun artdığının və etimadının yüksəldiyinin daha bir göstəricisidir. Bu münasibətlər dostluq, qarşılıqlı anlaşmaya söykənir. Azərbaycanın Qırğızıstan ilə münasibələri də dostluğun və qardaşlığın təcəssümüdür. Ölkələrimiz BMT, ATƏT, Türk Dövlətləri Təşkilatı, İslam Əməkdaşlıq Təşkilatı, MDB və Qoşulmama Hərəkatı kimi beynəlxalq təşkilatlar çərçivəsində çoxtərəfli formatda sıx qarşılıqlı fəaliyyət göstərir. Bu günlərdə Qırğızıstan Respublikasının Prezidenti Sadır Japarov və onun rəhbərlik etdiyi geniş tərkibli nümayəndə heyətinin Azərbaycana rəsmi səfəri iki ölkə arasında münasibətlərin inkişafında yeni dövrün başlanğıcını qoymuş oldu. İkitərəfli qarşılıqlı fəaliyyətin geniş spektri nəzərdən keçirilib müxtəlif sahələri əhatə edən mühüm sənədlərin imzalanması ilə bundan sonra əlaqələrin inkişafı üçün hüquqi baza formalaşdırmış oldu. Vurğulayaq ki, dövlət başçıları tərəfindən imzalanan "Azərbaycan Respublikası və Qırğız Respublikası arasında Strateji Tərəfdaşlıq haqqında Bəyənnamə", "Azərbaycan Respublikası və Qırğız Respublikasının Dövlətlərarası Şurasının yaradılması haqqında Memorandum" ölkələrimizin gələcək əlaqələrinin daha da intensivləşləşməsinə böyük zəmin yaratdı. Bu sənədlərin imzalanması ölkələrimizin münasibətlərini keyfiyyətcə yeni səviyyəyə çatdırdı. Dövlət başçısı dövlətlərarası imzalanan on sənədin arasında ikisini - Strateji Tərəfdaşlıq haqqında Bəyannaməni və Dövlətlərarası Şuranın yaradılması haqqında Memorandumu xüsusi olaraq vurğulayıb: "Hər iki sənəd bizim münasibətlərin xarakterini və formasını əsasən qabaqcadan müəyyən edəcək. Strateji tərəfdaşlıq qarşılıqlı fəaliyyətin yüksək səviyyəsidir və bizi məhz strateji xarakterli əməkdaşlığa kökləyir. Biz Dövlətlərarası Şura çərçivəsində həm ikitərəfli gündəliyə aid məsələləri, həm də regional və beynəlxalq problemləri daha effektli və fəal surətdə müntəzəm müzakirə edəcəyik". Sözsüz ki, həm Strateji Tərəfdaşlıq haqqında Bəyannamə və Dövlətlərarası Şuranın yaradılması haqqında Memorandum böyük siyasi əhəmiyyət kəsb edir. Bu sənədlər ölkələrimizin ikitərəfli fəaliyyətini eləcə də, regional və beynəlxalq məsələlərin daha səmərəli və çevik şəkildə koordinasiyasının hüquqi bazasıdır.
Səfər çərçivəsində investisiya layihələrinə dair də bir çox məsələlər müzakirə edildi. "Biz Qırğızıstanda və Azərbaycanda həyata keçirilmiş layihələr və onları qarşılıqlı faydalı şəkildə necə əlaqələndirməyin mümkün olması barədə fikir mübadiləsi aparmışıq", - deyən Cənab Prezident bildirib ki, kənd təsərrüfatında əməkdaşlığın inkişafı ilə bağlı məsələləri də müzakirə etmişik: "Burada da böyük perspektivlər var. Yəni, məsələlərin əhatə dairəsi genişdir". Artıq dövlətlərarası qarşılıqlı münasibətlərin keyfiyyətcə yeni səviyyəyə çatdırılması üçün şərait var. Yaradılan dövlətlərarası şura ölkələr arasında əməkdaşlığın daha da genişlənməsinə və möhkəmlənməsinə töhfə verəcəkdir. Onu da vurğulamaq yerinə düşər ki, ölkələrimizin bütün sahələri əhatə edən əməkdaşlığı Türk Dövlətləri Təşkilatının daha da güclənməsinə xalqlarımız arasında inteqrasiya prosesinə də öz töhfəsini verəcək. Dövlətlərin ortaq tarixi, mədəni irsi, dili, dini, adət və ənənələri bu əlaqələri daha möhkəm edəcək.
Əvəz Qocayev
AAYDA İdarə Heyətinin sədr müavini, Yeni Azərbaycan Partiyası Nəsimi rayon ərazi partiya təşkilatının sədri
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB