İndiki məqamda Rusiya və Ukrayna arasında sülh danışıqlarının baş tutması çox çətindir - PARTİYA SƏDRİ AÇIQLADI

İndiki məqamda Rusiya və Ukrayna arasında sülh danışıqlarının baş tutması çox çətindir - PARTİYA SƏDRİ AÇIQLADI

"Martın son günlərində İstanbulda keçirilən süıh danışıqlarından sonra Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan öz fəaliyyətini davam etdirərək dəfələrlər həm Rusiya, həm də Ukrayna prezidentinə yenidən sülh danışıqlarını davam etdirməyi təklif etdi". Bu sözləri SİA-ya açıqlamasında Azərbaycan Naminə Alyans Partiyasının sədri Abutalıb Səmədov deyib.

Onun sözlərinə görə, Ukrayna tərəfi konkret təkliflərlə çıxış etdi və bu təklifləri Rusiyaya təqdim etdi: "Açıq demək lazımdır ki, indiki məqamda sülh danışıqlarının baş tutması çox çətindir. Hər iki tərəf ciddi hərbi uğura ümid edir. Hər ikitərfə anlayır ki, ciddi qələbə olmasa, öz şərtlərini qəbul etdirmək çox çətindir. Ukraynanın nümayəndə heyətinin üzvü açıq şəkildə bildirdi ki, danışıqların taleyi hərb meydanında həll olunacaq. Bu baxımdan Donbas uğrunda döyüş həlledici əhəmiyyətə malikdir. Hər iki tərəf ciddi qələbəyə ümid edirlər. Elə düşünürlər ki, ciddi uğurdan sonra danışıqları öz istədikləri istiqamətdə davam etdirə bilərlər. Bu baxımdan Türkiyənin bütün səylərinə baxmayaraq yaxın günlərdə sülh danışıqlarının baş tutması qeyri-mümkün görünür".

Arzu Qurbanzadə

Bütün xəbərlər Facebook səhifəmizdə