“Ermənistanın baş naziri Nikol Paşinyan Azərbaycanla sülh danışıqlarının tezliklə başlanmasının tərəfdarıdır. Eyni zamanda, o qısa müddət ərzində müqavilənin imzalanmasının vacibliyini vurğulayır. Paşinyanın fikirlərinin formalaşması Brüssel danışıqlarının nəticələrinə uyğundur”. Bunu SİA-ya açıqlamasında politoloq İlyas Hüseynov deyib.
Onun sözlərinə görə, müddət keçdikcə Brüssel gündəliyinin nə qədər uğurlu bir format olduğunun şahidi oluruq: “Ermənistan parlamentində çıxışı zamanı Nikol Paşinyan sülh müqaviləsinin imzalanması ilə bağlı fikirlər bildirməsi Cənubi Qafqazda sülhün bərqərar olması baxımından da mühüm amil kimi görsənir. Lakin, burada bir sıra maneələr və əngəllər də görülməkdədir. Bu istiqamətdə, xüsusilə Azərbaycan ərazisində kompakt yaşayam ermənilər arasında bəzi müqavimətin getdiyini görürük. Eyni zamanda, Ermənistan müxalifəti də bu xüsusda böyük aktivlik nümayiş etdirir. Müxtəlif nümayişlərin keçirilməsi, etiraz mitinqlərinin təşkil olunması bunun bir göstəricidir. Digər mühüm məsələ Ermənistanın üzərinə götürdüyü öhdəliklərin yerinə yetirilməsi ilə bağlıdır. Ermənistan 10 noyabr Bəyanatından sonra keçən dövr ərzində bir sıra öhdəliklərdən boyun qaçırdığı halları müşahidə olunmuşdur. Buna görə də, məhz Ermənistanın sülhə məcbur edilməsi kənar geosiyasi aktorlar tərəfindən də həyata keçirilməlidir və Ermənistan rəhbərliyində sülh xarakteri daşıyan müsbət mesajlar daim müxtəlif təxribatlarla müşahidə olunur. hərbi siyasi zəmində baş verən təxribatlar ümumilikdə sülh gündəliyinə mənfi təsir göstərir. Bu xüsusda məhz atəşkəs rejiminin pozulması, müxtəlif qeyri-qanuni səfərlərin təşkili “Laçın dəhlizi”ndən təyinatı üzrə istifadə etməmək və digər hallar Azərbaycan və Ermənistan arasında gərginliyin yaradılmasına xidmət edir”.
İ.Hüseynov onu da bildirdi ki, siyasi bəyanatlarla yanaşı praktiki addımların atılmasında da sinxronluq müşahidə olunmalıdır: “Belə olacağı halda Ermənistanın siyasi elitasında hər hansısa səmimiyyətin olduğunu qeyd edə bilərik. Lakin indiki halda qeyri-səmimi çıxışlar və təxribat mahiyyəti daşıyan addımlarda ümumilikdə təhlükəsizlik sahəsinin yaranmasına mənfi təsir göstərir. Azərbaycan 10 noyabr bəyanatındakı maddələrin icrasında maraqlıdır. Bu xüsusda məhz 4-cü maddənin tam şəkildə icra olunması mühüm prioritet kimi görünür və nəqliyyat və kommunikasiya xətlərinin açılması ilə bağlı İranla imzalanan anlaşma memorandum da göstərdi ki, Azərbaycan öz addımlarında qətiyyətlidir, siyasi iradə nümayiş etdirir və digər bütün hədəflərə çatmaqda da israrlıdır. Buna görə də, bütün maddələrin icra olunması Ermənistanın sülhə məcbur edilməsi və yekun sülh müqaviləsinin imzalanması rəsmi Bakının diktəsi ilə həyata keçirilir. Nikol Paşinyanın müxtəlif xarakter daşıyan açıqlamaları əslində vaxt udmaq niyyəti daşıyır. Paşinyanın sülh mahiyyəti daşıyan çıxışlarının əsas səbəbi Dəmir yumruq əməliyyatıdır. Azərbaycanın qüdrətli ordusu, Ali Baş Komandanının siyasi iradəsi və xalqımızın qüdrəti sayəsində hazırda Cənubi Qafqazda sülhün yaradılması istiqamətində işlər həyata keçirilir və bu da onu göstərir ki, Azərbaycan məhz sülh şəraitində məsələlərin tənzimlənməsində hər zaman maraqlı olub”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB