Cənab Prezidentin müşavirəsi ilk növbədə böyük uğur reallıqlarını etiva edir ŞƏRH
Qarşıda isə Azərbaycan dövlətini və xalqını daha böyük, daha nəhəng nailiyyətlər, siyasi-iqtisadi irəliləmələr, qələbə və zəfərlər gözləyir
Prezident İlham Əliyevin Sədrliyi ilə keçirilən və birinci rübü əhatə edən 12 aprel müşavirəsinin diqqət çəkən məqamlardan biri də Azərbaycanın yaxın gələcəkdə daha nəhəng iqtisadi potensiallar əldə edilməsi ətrafında irəli sürülən fikirlər oldu. Ən əsası isə, bu xüsusdan çıxış edən dövlət başçımız qarşıda dayanan mühüm proseslərdən biri kimi, Zəngəzur dəhlizinin açılması ilə bağlı mühüm bəyanatlarını səsəndirdi.
O cümlədən, biz xatırlada biərik ki, regional kommunikasiyaların açılması barədə istər 10 noyabr 2020-ci ildəki üçtərəfli bəyanatda, istərsə də 11 yanvar üçtərəfli bəyanatda da əks olunub. Söz yox ki, belə bir əhəmiyyəti faktorun işlək mexanizminə gətirilməsi bütövlükdə Cənubi Qafqaz regionunun tərəqqisinə öz stimulunu verə bilər və əlbəttə ki, Azərbaycan burada lokomotiv rolunu oynamaqdadır.
Təəssüf ki, ötən müddət ərzində Ermənistan tərəfi üçtərəfli bəyanatlar müqabilində tələb edilən və üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməyib. Məhz müşavirədəki çıxışı zamanı bu amilə də toxunan dövlətimizin başçısı bildirib ki, əgər, üçtərəfli razılaşmanın tələbləri bundan sonra da pozulacaqsa, onda Azərbaycan tərəfi öz maraqlarının təmin olunması istiqamətində daha qəti addımlar ata bilər və bununla da Ermənistanın etibarsızlığı daha çox ifşa olunacaq. Prezident İlham Əliyev cənabları vurğuladı ki, Qərbi Zəngəzurdan keçməklə Naxçıvan və Türkiyəyə bütün növ kommunikasiyalar açılmayacaqsa, Azərbaycan üçtərəfli razılaşmanın Ermənistan tərəfindən icra edilmədiyini irəli sürərək bütün bəndləri etibarsız hesab edə bilər və belə olan halda, heç bir beynəlxalq təşkilat və qurumlar rəsmi Bakının qərarlarına qarşı çıxış edə bilməz. Çünki ortada rəsmi bəyanatlar, imzalar mövcuddur.
Beləliklə, cənab Prezidentin qəti fikirləri Ermənistana sonuncu ciddi xəbərdarlıq kimi də qiymətləndirilə bilər.
Digər tərəfdən, o da məlum oldu ki, əvvəlki illərdə ölkə həyatının bütün sahələrini əhatə edən dinamik inkişaf bu ilin 3 ayı ərzində də davam edib və göstəricilər xeyli yüksəkdir. Biz bu reallıqlardan çıxış edərək, həmçinin statistik rəqəmlərə istinad etməklə nəticəyə gələ bilərik ki, ümumi daxili məhsulda 6,8 faiz artım olub və bu da, sözsüz ki, ötən ilin uğurlarının davamıdır.
O da kifayət qədər aydın görünür ki, həyata keçirilən davamlı və uğurlu islahatlar nəticəsində ölkəmizin iqtisadi qüdrəti, habelə münbit imkanları sürətlə, dinamikliyi ilə və durmadan artmaqdadır. Eyni zamanda, Azərbaycan bütün göstəricilərinə görə, pandemiya şəraitindən qalib çıxan azsaylı ölkələrdəndir və bunu yalnız biz deyil, beynəlxalq aləmin statistika mərkəzləri də təsdiq edirlər. Ümumdünya Səhiyyə Təşkilatı isə Azərbaycanın apardığı mübarizə vasitələrini digər ölkələrə örnək, nümunə olaraq təqdim edib. Beləliklə, biz əminliklə qeyd edə bilərik ki, bütövlükdə Azərbaycanın iqtisadi qüdrətini dünyaya bir daha nümayiş etdirdi.
Biz həmçinin, son 3 ayda qeyri-neft iqtisadiyyatımızın da böyüyüdüyünü dövlət başçımızın çıxışı əsasına söykənərək fəxrlə vurğulaya bilərik. Belə ki, bu sektorda 10 faizdən çox artım olub. Bu da iqtisadiyyatımızın neftdən asılılığının azaldılması istiqamətində görülən tədbirlərin effektli nəticəsidir.
Əbəs deyil ki, ölkə başçımız Azərbaycanın regiona gətirdiyi reallıqlara da toxunub. Biz, həqiqətən də, bu reallıqların dünya dövlətləri və beynəlxalq təşkilatlar tərəfindən qəbul olunduğunu görürük. Onlar bu vəziyyətin sülh və təhlükəsizliyə əsaslandığını dərindən dərk edir və region ölkələri arasında bütün sahələrdə, o cümlədən iqtisadi əməkdaşlıqda əhəmiyyətini anlayırlar.
Ümumiyyətlə, İqtisadi inkişaf bu templə davam edərsə, ilin sonuna qədər rəqəmlər daha yüksək olar və ölkəmizin iqtisadi imkanları daha da artacaq və bütün bunlar əlbəttə ki, real proqnozlardır. Nəticədə biz 12 aprel müşavirəsinin ölkədaxili və xarici milli çağırışlar kontekstində mühüm bir hadisə kimi yadda qaldığını kifayət qədər əks etdirdiyini əminlikə vurğkaya bilərik. Qarşıda isə Azərbaycan dövlətini və xalqını daha böyük, daha nəhəng uğurlar, siyasi-iqtisadi irəliləmələr, qələbə və zəfərlər gözləyir.
Vidadi Nəzərov,
Masallı Dövlət Regional Kollec ərazi partiya təşkilatının sədri.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB