ATƏT-in Minsk Qrupu ona bəslənən ümidləri doğrultmadı - MÜNASİBƏT BİLDİRİLDİ
“ATƏT-in Minsk Qrupunun əsas missiyası Dağlıq Qarabağ münaqişəsinin müharibəsiz, sülh yolu ilə həll olunmasını təmin etmək idi”. Bu sözləri SİA-ya açıqlamasında deputat Vüqar İsgəndərov deyib.

Onun sözlərinə görə, çox təəssüf ki, ATƏT-in Minsk Qrupunun həmsədrləri 30 ilə yaxındır ki, saysız-hesabsız Ermənistana səfərlər etdilər. Bu səfərləri biz siyasi turizm səfərləri adlandırırıq. İkinci bir məsələ isə Minsk Qrupunun missiyasında məsələni həll etmək, beynəlxalq hüququn norma və prinsiplərini əlində rəhbər tutaraq hərəkət etmək əvəzinə münaqişənin donmuş vəziyyətdə saxlanılmasına ən azı loyal yanaşmalarını gördük. Bu illər ərzində onlar bir neçə prinsiplərdən danışdılar. Amma heç biri bu prinsipləri tətbiq etməyə cəhd göstərmədilər.
Ümumilikdə ATƏT-in Minsk Qrupu ona bəslənən ümidləri doğrultmadı. Azərbaycan öz gücü ilə, Ali Baş Komandanın uğurlu siyasəti ilə beynəlxalq hüququ bərpa etdi. Azərbaycan bütün beynəlxalq platformalarla əməkdaşlıq edib. Lakin hər bir beynəlxalq təşkilatdan düzgün, ədalətli, yanaşma görmək istəyirik. Bu hər bir dövlətin haqqıdır”.
Bütün xəbərlər Facebook səhifəmizdə
Digər xəbərlər
Warning: array_chunk() expects parameter 1 to be array, null given in /home/siaaz/www/classes/tpl.class.php(70) : eval()'d code on line 169
Warning: Invalid argument supplied for foreach() in /home/siaaz/www/classes/tpl.class.php(70) : eval()'d code on line 170




USD
EUR
GBP
RUB