Xarizmatik lider olmadığını dəfələrlə göstərib - POLİTOLOQ ŞƏRH ETDİ
“Fransada prezident seçkiləri seçkidən öncə keçirilmiş ictimai rəy sorğularına uyğun şəkildə həyata keçirilir. Əvvəldən də vəd olunduğu kimi əsas mübarizə hazırki prezident Emmanuel Makron və Marine Le Pen arasında keçiriləcəyi gözlənilirdi”. Bu sözləri SİA-ya açıqlamasında politoloq İlyas Hüseynov bildirib.

Onun sözlərinə görə, ehtimallar da özünü doğrultdu. Belə ki, heç bir namizədin mütləq səs çoxluğu ilə birinci turda qalib gəlməsi proqnozlaşdırılmırdı. Mən də öz şərhlərimdə davamlı olaraq bildirirdim ki, seçkilərin keçirilməsi ikinci tura qalacaq.
Maraqlıdır ki, Vətən müharibəsində Ermənistana böyük dəstək nümayiş etdirən Fransa tərəfi ilə münasibətləri qoruyub-saxlamaq istiqamətində Makronu dəstəkləmək əvəzinə, onlar digər müxalif qüvvələri dəstəkləmək yolunu tutublar. Eyni zamanda namizədlər üzərində Fransada olan erməni lobbisi ilə böyük iş həyata keçirilib. Onlara siyasi, iqtisadi, mənəvi dayaq göstərilməsi prosesi də həyata keçirilib. Eyni zamanda Makronun hazırki durumda Avropanın hərbi, siyasi arxitekturasının qorunub, saxlanması baxımdan seçilməsi mühümdür. Digər tərəfdən Marine Le Penin seçilməsi də öz növbəsində yeniliklərə, islahatlara səbəb olacaq.
Nəzərə almaq lazımdır ki, Rusiya və Ukrayna hazırda çətin günlərini yaşayır. Müharibə ilk növbədə Ukrayna və Rusiyanın təhlükəsizlik mühitinə böyük zərbə vurub. Eskalasiyanın bütün Avropanı əhatə etməsi riskləri mövcuddur. Bu baxımdan Fransa birliyin təşviq olunması və vahid ideya ətrafında birləşmək üçün səylərini artırmalıdır.
Avropa İttifaqında lokomativ rolunu oynayan dövlətlər Fransa və Almaniyadır. Böyük Britaniyanın Avropa İttifaqından kənarlaşdırılması və müstəqil siyasət yürütməsi nəzərə çarpır. Daha çox Avropa İttifaqının siyasi iqtisadi yükü isə hazırda Fransa və Almaniyanın üzərindədir. Bu baxımdan Fransada prezident seçkiləri olması, liderin və Fransa dövlətinin başında duran şəxsin kimliyindən də çox şey asılıdır. Makrona qarşı kifayət qədər təzyiqlər var. Daxili və xarici siyasətdə səhvlərə yol verib və xarizmatik lider olmadığını dəfələrlə göstərib. Lakin hazırki durumda Makronun seçilməsi sabitlik nöqteyi-nəzərdən böyük əhəmiyyət daşıyırsa, Marine Le Penin hakimiyyətə gəlməsi də dəyişiklikləri vəd edir”.
Səbinə Hüseynli
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB