Azərbaycan hər zaman Xəzəryanı dövlətlər arasında sülhün olmasına çalışıb - SİYASİ EKSPERT AÇIQLADI

Azərbaycan hər zaman Xəzəryanı dövlətlər arasında sülhün olmasına çalışıb - SİYASİ EKSPERT AÇIQLADI

"İran və Türkmənistanın xarici işlər nazirlərinin Xəzəryanı dövlətlərin XİN rəhbərlərinin birgə görüşünün keçirilməsini təklif etməsi çox güman daha çox enerji məsələləri ilə bağlı ola bilər". Bu sözləri SİA-ya açıqlamasında siyasi ekspert Vüqar Əhmədov deyib.

Onun sözlərinə görə, çünki Xəzəryanı dövlətlərin əksəriyyəti enerji ilə zəngin ölkələrdir: "Hazırda Rusiya ilə Avropa arasında enerji böhranı yaşanır. Avropa Rusiya qazından gələcəkdə imtina edəcəyini bildirir. İran və Türkmənistanda zəngin qaz ehtiyatları var və onların Avropaya nəql edilməsi gündəlikdə duran məsələdir. Azərbaycan Xəzərdəki karbohidrogen yataqlardan bu günə kimi səmərəli istifadə edib. Təbii ki, Xəzərin enerji yataqları ilə zəngin olması Xəzəryanı dövlətlərin təhlükəsizliyi və rifahı üçün bir qarant rolunu oynayır. Böyük ehtimal Azərbaycan da bu görüşlərə qatılaraq öz töhfəsini verəcək. Ölkəmiz hər zaman Xəzəryanı dövlətlər arasında qarşılıqlı anlaşmanın və sülhün olmasına çalışıb. Perspektivdə Türkmən və İran qazının Azərbaycanın reallaşdırdığı infrastruktur vasitəsi ilə Avropaya nəql edilməsi həyata keçirilə bilər. İstisna deyil ki, bu məsələ də xarici işlər nazirlərinin birgə görüşündə müzakirə mövzusu olsun".

Arzu Qurbanzadə

Bütün xəbərlər Facebook səhifəmizdə