"Azərbaycan sülh gündəliyini özü müəyyənləşdirir" - POLİTOLOQ AÇIQLADI

"Azərbaycan sülh gündəliyini özü müəyyənləşdirir" - POLİTOLOQ AÇIQLADI

“Brüsseldə əldə olunan razılaşmalar Azərbaycanın növbəti diplomatik uğurudur. Yekun bəyənnamənin müddəalari onu deməyə əsas verir ki, sülh gündəliyi Azərbaycanın şərtləri əsasında formalaşır”. Bu sözləri SİA-ya açıqlamasında politoloq Ceyhun Əhmədli bildirib.

Onun sözlərinə görə, görüşün əsas nəticəsi Azərbaycanla Ermənistan arasında sülh danışıqları prosesinin başlanılması və ərazi bütövlüyümüzün Ermənistan tərəfindən tanınmasıdır: “Paşinyan Brüsseldə Azərbaycanın ərazi bütövlüyünün tanınmaq məsələsindən yayına biməyib. Brüssel görüşündə əldə olunan diplomatik naliyyətin ən mühüm göstəricilərindən biri də yekun bəyənnamdə "Dağlıq Qarabağ" ifadəsinin və "ATƏT Minsk qrupu" adlı təsisatın yer almamasıdır. Bu 2 məhfumun orada öz əksini tapmaması Azərbaycanın post-münaqişə realıqlarını Qərbə qəbul etdirməsi kimi xarakterizə oluna bilər. Yəni artıq Qərbin əsas nüfuzlu təşkilatlarından biri Avropa İttifaqı eyni mövqedən çıxış edir. Yekun bəyənnamədə əks olunan maddələr post-münaqişə realıqları əsk etdirir. Azərbaycanın təbliğ etdiyi prinsiplər Brüssel bəyənnaməsində öz əksini tapmaqdadır. Azərbaycan dövləti artıq sülh gündəliyini özü müəyyənləşdirir".

Müəllif: Banuçiçək Hüseynli

Bütün xəbərlər Facebook səhifəmizdə