Azərbaycan milli maraqlarına uyğun razılaşma ilə görüşdən ayrılacaq - MÜNASİBƏT BİLDİRİLDİ

Azərbaycan milli maraqlarına uyğun razılaşma ilə görüşdən ayrılacaq - MÜNASİBƏT BİLDİRİLDİ

"Bu gün Brüsseldə üçtərəfli görüşün reallaşması ilə bağlı kifayət qədər dəqiq açıqlamalar olmasa da görünən budur ki, cənab Prezident İlham Əliyev bu görüşə müəyyən suallarla bağlı əlidolu, Paşinyan isə bu görüşə əliboş gedir”. Bu fikirləri SİA-ya açıqlamasında Demokratiya və İnsan Hüquqları Komitəsinin sədri, hüquq üzrə fəlsəfə doktoru Çingiz Qənizadə bildirib.

Onun sözlərinə görə, ötən il Brüsseldə keçirilən üçtərəfli görüşdə Avropa İttifaqının Prezidenti Şarl Mişel, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyan iştirak etmişdir: "Bu ilin fevral ayının 4-də Brüsseldə baş tutan növbəti görüş əsnasında bir çox məsələlər qaldırılmışdır. Amma bu günə qədər Ermənistan tərəfindən bu məsələlər həllini tapmayıb. Kütləvi məzarlıqlar, mina xəritələri, humanitar addımların atılması istiqamətində Ermənistan tərəfindən heç bir irəliləyiş olmayıb. Sülh sazişi ilə bağlı Azərbaycanın təklif etdiyi 5 şərt Ermənistan tərəfindən qəbul olunsa da sülhə doğru addımlar atılmayıb. Əksinə çoxsaylı təxribatların şahidi oluruq.

Ümid edirəm ki, cənab Prezident bu görüşdən də həmişəki kimi əlidolu, Azərbaycan dövlətinin milli maraqlarına uyğun bir razılaşma ilə ayrılacaq. Ermənistan isə bu görüşdən sonra sülh müqaviləsi imzalamağa məcbur olacaq".

Müəllif: Abutel İlhamqızı

Bütün xəbərlər Facebook səhifəmizdə