Azərbaycan-AŞ arasındakı münasibətlər böyük inkişaf yolu keçib - MÜNASİBƏT BİLDİRİLDİ
"Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev ötən gün Avropa Şurasının baş katibini qəbul edib. Ümumiyyətlə Azərbaycanla Avropa Şurası arasında münasibətlərə nəzər salsaq deyə bilərik ki, ikitərəfli münasibətlər böyük inkişaf yolu keçmişdir. Eyni zamanda 2001-ci ilin yanvar ayının 25-də Avropa Şurasına Azərbaycanın üzv kimi qəbul olunması Azərbaycan diplomatiyasında bir uğur kimi qiymətləndirilirdi". Bu fikirləri SİA-ya açıqlamasında politoloq İlyas Hüseynov bildirib.
Onun sözlərinə görə, əsasən demokratiya və insan haqlarının qorunması istiqamətində fəaliyyət göstərən Avropa Şurası Azərbaycanda demokratik dəyərlərin bərqərar olunması, eləcə də plüralizmin inkişaf etdirilməsi istiqamətində bir sıra təşəbbüslərlə çıxış etmişdir: "Azərbaycanda seçki sisteminin təkmilləşdirilməsi, fikir, mətbuat, söz azdlığı və digər demokratik dəyərlərin daha da təkmilləşdirilməsi istiqamətində Azərbaycan və Avropa Şurası arasında çoxşaxəli əməkdaşlıq əlaqələri genişləndirilib. Avropa Şurası Palament Assambleyasında Azərbaycanın millət vəkilləri iştirak edirlər və Ermənistanın Azərbaycana qarşı təcavüzü, burada həyata keçirilən ekoloji terror, həmçinin dini, milli, mənəvi dəyərlərimizin təhqir olunması, talan edilməsi istiqamətində bir sıra azərbaycanlı deputatların məruzələri olmuşdur. Eyni zamanda AŞPA tərəfindən də Ermənistanın terrorunu qınayan qətnamələr qəbul edilmişdir. Cənab Prezident İlham Əliyev uzun müddət Azərbaycan Parlamentinin AŞPA-dakı nümayəndə heyyətinin rəhbəri kimi də fəaliyyət göstərmişdir. Bu xüsusda bir sıra mühüm addımlar atılmışdır.
İndiki dövrdə də AŞPA, eləcə də Avropa Şurasının institutları arasında əməkdaşlığın genişləndirilməsinə böyük ehtiyac var idi. Çünki erməni lobbisi Azərbaycana qarşı qərəzli mövqeyini davam etdirir. Rəsmi şəxslər, diplomatlar erməni lobbisinin təsirinə düşə bilirlər. Buna görə də Azərbaycan diplomatiyası bu sahəyə böyük diqqət ayırmalıdır. Böyük inkişaf yolu keçmiş Azərbaycan-Avropa Şurası münasibətlərinin keyfiyyətcə yeni xarakterini formalaşdırmağa eytiyac vardır. Azərbaycanda demokratiyanın, siyasi plüralizmin daha da genişləndirilməsi istiqamətində AŞPA-nın, eləcə də Avropa Şurasının instittutlarından istifadə etmək və tətbiq etmək lazımdır.
Avropa Şurası ilə Azərbaycan arasında münasibətləri inkişaf etdirmək üçün post münaqişə reallıqları kontekstində məsələlərə yanaşmaq lazımdır. Azərbaycanda Qarabağın, Şərqi Zəngəzurun yenidən qurulması, dirçəldilməsi istiqamətindəki işlərə Avropa Şurası diqqət ayırmalıdır”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB