Biz dövlətçiliyimizin Prezident İlham Əliyev dövrünü yaşayırıq - DEPUTAT ŞƏRH ETDİ
"Bir neçə gündən sonra cənab Prezident İlham Əliyevin 2018-ci ildə yenidən prezident seçilməsinin 4 ili tamam olur. Cənab Prezident dövlət başçısı olduğu dövrdə Azərbaycan xalqının milli maraqlarının qorunmasında, dövlətin beynəlxalq aləmdə nüfuzunun artmasında, insanların problemlərinin həll edilməsində çox ciddi nailiyyətlər əldə edib". Bu sözləri SİA-ya açıqlamasında deputat Aydın Mirzəzadə deyib.
Onun sözlərinə görə, bu, heç də təsadüfi deyil: "Cənab Prezident İlham Əliyevin Ulu Öndər siyasi məktəbində yetirməsi, çalışdığı sahələrdə işinə məsuliyyətlə yanaşaraq nailiyyətlər əldə etməsi cənab Prezidenti Azərbaycan xalqının lideri səviyyəsinə qədər yüksəldib. 2018-ci ilə qədər də cənab Prezident Azərbaycan dövlətçiliyinin inkişafında böyük uğurlar qazanıb. Ötən dörd il ərzində Azərbaycan xalqı torpaqlarının işğaldan azad olunmasının sevincini yaşadı. Azərbaycan Ermənistan qoşunlarını öz ərazisindən çıxartdı. Böyük Zəfərin əldə olunması ilə dövlətin nəyə qadir olduğunu göstərdi".
Deputat fikirlərinə davam edərək həmçinin qeyd edib ki, dövlətin gücləndirilməsi, iqtisadiyyatın yenidən qurulması və sahibkarlığın inkişafına diqqət edilməsi, sosial problemlərin həllinin dövlətin daima diqqət saxlaması cənab Prezident tərəfindən həyata keçirilən siyasətin əsas istiqamətlərindən biridir: "Silahlı Qüvvələrin müasir tələblərə uyğun qurulması da həm 2016-cı ildə aprel ayında, həm də 44 günlük Vətən müharibəsində Azərbaycan xalqının qələbə çalmasına nail oldu. Cənab Prezident mühüm dövlət işləri görməklə yeni bir tarix yazır. Biz bu gün dövlətçiliyimizin Prezident İlham Əliyev dövrünü yaşayırıq. Bu gün hər bir azərbaycanlı ölkə başçısının fəaliyyətini bəyənir və həmişə onu dəstəkləyir. Cəmiyyətimiz cənab Prezident İlham Əliyevin rəhbərliyini yüksək qiymətləndirir və hesab edir ki, bundan sonra Prezidentin rəhbərliyi ilə daha böyük nailiyyətlər qazana biləcək".
Arzu Qurbanzadə
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB