Xarici siyasət nəticəsində Azərbaycanın diplomatik uğurları artır - MÜNASİBƏT BİLDİRİLDİ
“Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan milli maraqlara söykənən müstəqil siyasət yürüdərək beynəlxalq təşkilatlarla qarşılıqlı əməkdaşlıq formatında hər zaman səmərəli və keyfiyyətli iş qurmağa çalışıb”. Bu fikirləri SİA-ya açıqlamasında Milli Məclisin deputatı Cavid Osmanov bildirb.
Onun sözlərinə görə, son illər ərzində Azərbaycan dövləti tərəfindən atılan addımlar, həyata keçirilən xarici siyasət nəticəsində Azərbaycanın diplomatik uğurları daha da çoxalır: “Azərbaycan cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə dünyanın ən nüfuzlu ölkələrindən birinə çevrilmişdir. Azərbaycan bir çox dövlətlər, təşkilatlar, o cümlədən ATƏT-lə uzun illərdir səmərəli bir fəaliyyət qurmuşdur. ATƏT-in fəaliyyətdə olan sədrinin Azərbaycana səfəri və səfər çərçivəsində Azərbaycan Prezidenti cənab İlham Əliyevlə görüşü mühüm məqamlardan biridir. Bu görüşdə qarşılıqlı əməkdaşlıq haqqında söhbətlərin açılması, o cümlədən Ermənistan və Azərbaycan arasında sülh müqaviləsinin imzalanmasına ATƏT-in töhfə verəcəyinin qeyd edilməsi ATƏT-lə Azərbaycan arasında olan münasibətlərin əyani təzahürüdür.
O cümlədən görüş çərçivəsində ATƏT-lə Azərbaycan arasında olan münasibətlər geniş müzakirə olunmuş və gələcək perspektivlər aydınlaşdırılmışdır”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB