Ukraynadakı müharibə erməni diasporunu parçalayıb ANALİTİK

Ukraynadakı müharibə erməni diasporunu parçalayıb ANALİTİK

Yaranmış vəziyyət vaxtilə güclü hesab edilən erməni birliyinin zəifləməsi və prosesini sürətləndirir

Ukraynada baş verən hadisələr bir vaxtlar möhkəm birliyə sahib olduğu iddia edilən erməniçiliyi demək olar ki, tam şəkildə parçalayıb. Belə ki, Rusiyadakı erməni diasporunun bir çox təsiredici şəxsləri Kremlin Ukraynada başlatdığı hərbi əməliyyatlara birmənalı dəstək nümayiş etdirdilər.

Lakin ABŞ-dakı erməni diaspor dairələri Rusiyadakı ermənilərdən fərqli olaraq səs-küylü bəyanatlar verməkdən çəkindilər, sözügedən geosiyasi qarşıdurma fonunda kölgədə qalmağı üstün tutdular. Düzdür, Rusiya-ABŞ erməni diasporları arasında qarşıdurma müşahidə edilməsə də, ziddiyyətlərin olmamasını da demək olmaz.

ABŞ və Rusiya erməni təşkilatlarının fərqi nədədir?

Lakin ortadakı fərqlər də bir sıra məsələləri önə çıxarır. Misal üçün, Rusiyadakı erməni diasporu kiçik regional icmalarda, eləcə də biznes dairələrində köklü biznes institutlarına malik olmasa da, ABŞ-dakı diaspora həmin sahədə kifayət qədər geniş imkanlara sahibdirlər. Amerikanın müasir diaspor strukturları ictimai təşkilatlar kimi tam fəaliyyət göstərə bilirlər, ancaq Rusiyada sadəcə fərdi biznesmenlər sayəsində müəyyən işlər aparılmaqdadır.

Daha bir fərq – Amerikanın milli erməni komitəsi (AMEK), Amerikanin erməni assambleyası (AEA) və daha 200-ə qədər müxtəlif təşkilatlar ABŞ ermənilərinə aid təşkilatlara kuratorluq edirlər.

Rusiyada isə demək olar ki, bir təşkilatla – Rusiya erməniləri ittifaqı (REİ) ilə kifayətləniblər və bu təşkilat erməni biznesmeni Ara Abramyanın şəxsi təşəbbüsü ilə yaradılıb. Həmçinin, okeanın o tayındakı erməni strukturları kollegial şəkildə fəaliyyət göstərsələr də, Rusiyadakı fəaliyyətləri “materializm” və şəxsi avtoritetlik prisniplərinə söykənməkdədir. Məhz bu baxımdan demək olar ki, Rusiyadakı diasporun Kremlin Ukrayanaya müdaxiləsini dəstəkləməsi Moskvanın yüksək siyasi elitasını özlərinə tərəf cəlb etməyə köklənib. Ancaq buna baxmayaraq, Moskvadakı erməni diaspor nümayəndələrinin hətta ruslardan da çox və artıq fikir bildirmələri ümimilikdə dünyanın geosiyası məkanındakı erməni diasporunun fikirlərini üstələyə bilmir.

Qütbləşmə və qarşılıqlı ittihamlar

Hələ ki, biz Moskvadakı nüfuzlu erməni diaspor nümayəndələrinin ABŞ və Qərb ölkələrindəki ermənilər tərəfindən tənqidlərə məruz qadıqlarını müşahidə etməkdəyik. Xüsusilə, ABŞ-dan, ABŞ-dan, Fransadan ittihamlar səsləndirilir, hətta onlar həmin mövqelərinə görə Ermənistana xəyanətlərdə ittiham edilirlər.

Nəticədə ABŞ və Rusiya erməni diasporunun qütbləşmə prosesi gedir. Üstəlik, Avropada və ABŞ-da mövcud olan çoxsaylı erməni filialları Rusiyadakı ermənilərə qarşı çıxırlar və nəzərə alınsa ki, təkcə AMEK-in iki mərkəzi ofisi və onların da 45 şöbələri fəaliyyət göstərir bu zaman ABŞ ermənilərinin Rusiya ermənilərini üstələdiyini deyə bilərik. Belə bir yaranmış vəziyyət isə söz yox ki, vaxtilə güclü hesab edilən erməni diasporunun zəifləməsi və parçalanması prosesini sürətləndirir.

Rövşən RƏSULOV

Bütün xəbərlər Facebook səhifəmizdə