Ukrayna bütün proseslərdən Rusiyanı uzaqlaşdırmağa çalışır - POLİTOLOQ BİLDİRDİ
“Biz bu gün Rusiyanın bütün təşkilatlardan və platformalardan təcrid edilməsi ilə bağlı tendensiyanın şahidiyik”. Bu sözləri SİA-ya açıqlamasında politoloq Zaur Məmmədov bildirib.

Onun sözlərinə görə, Qərb ölkələri və o cümlədən Ukrayna çalışır ki, Rusiya bu və ya digər platformalarda yer almasın və hadisələrdən kənarlaşdırılsın. Hazırda baş verənlər çox ciddi və mühüm hadislərdir. Hətta soyuq müharibə dövründəndə daha sərt Rusiyaya qarşı münasibətin sərgilənməsinin biz şahidiyik. Mövcud hadisələr göstərir ki, dünyanın yenidən formalaşdırılması prinsipi ilə təhlillər edilməlidir. Bu mənada son zamanlar Brazilya, Türkiyə, Hindistan, Çin, Rusiya eyni zamanda digər dövlətlərin regional gücə çevrilməsinin şahidiyik. Lakin görünən odur ki, bəzi qrupların bu proses xoşuma gəlmədi və onlar dünyada baş verən hadisələri məhz ABŞ vasitəsilə davam etdirmək niyyətindədirlər”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB