Azərbaycan hökumətinin ötənilki hədəfləri açıqlanıb

Azərbaycan hökumətinin ötənilki hədəfləri açıqlanıb

Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili hökumətin ötənilki fəaliyyət istiqamətlərini və hədəflərini açıqlayıb. SİA-nın xəbərinə görə,T. Mirkişili parlamentin bu gün keçirilən iclasında Nazirlər Kabinetinin 2021-ci ildə fəaliyyəti haqqında hesabatın müzakirəsi zamanı deyib.

Onun sözlərinə görə, dövlət başçısı tərəfinən müəyyən edilmiş hədəflər və onlara hökumət tərəfindən nail olunma vəziyyəti əsasən 7 hədəfdən ibarət olub:

- Şuşa şəhəri avtomobil yolunun tikilməsi. Hesabat ilində uzunluğu 101 km oln Əhmədbəyli-Füzuli-Şuşa Zəfər Yolu istismara verilib;

- Füzuli şəhərində aeroportun fəaliyyətə başlaması. Hesabat ilində Qarabağın hava qapisı adlandırılan Füzuli beynəlxalq aeroportu isifadəyə verilib. Zəngilan və Laçın hava limanlarının isə bünövrəsi qoyulub;

- Elektrik enerjisi ilə bağlı planların həyata keçirilməsi. Hesabat ilində işğaldan azad edilmiş ərazilərdə SES-lər, Rəqəmsal yarımstansiyalar inşa edilib, Şuşa şəhərini elektrik enerjisi ilə təmin etmək üçün bütün imkanlar yaradılıb;

- Horadiz-Ağbənd, Horadiz-Füzuli və ondan sonra Füzuli-Şuşa dəmir yolunun tikintisinə başlanılması;

- Azad edilmiş torpaqlarda kənd təsərrüfatı inkişaf etdirilməsi;

- Sərhədlərin qurulması istiqamətində təxirəsalınmaz işlərin aparılması;

- Qarabağ bölgəsinin çox zəngin turizm potensialının işə salınmasıdır.

"Nazirlər Kabinetinin 2021-ci ildə fəaliyyəti haqqında hesabatın qiymətləndirilməsi üçün bu hədəflərə nail olunma vəziyyəti mühüm rol oynayır", - T. Mirkişili bildirib.

Bütün xəbərlər Facebook səhifəmizdə