Bu görüşlər görüş naminə deyil, hədəflərə doğru olmalıdır - PREZİDENTİN KÖMƏKÇİSİ
“Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin Antalya Diplomatiya Forumu çərçivəsində görüşünün keçirilməsi təklif edilmişdi”. SİA xəbər verir ki, bu sözləri Antalya Diplomatiya Forumunda iştirak edən Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev jurnalistlərə açıqlamasında deyib.
Prezidentin köməkçisi bildirib ki, Azərbaycan belə görüşlərə həmişə hazırdır: “Amma bu görüşlər görüş naminə deyil, hədəflərə doğru olmalıdır”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB