Yaxın gələcəkdə uğurlu addımların şahidi olacağıq -POLİTOLOQ ŞƏRH ETDİ

Yaxın gələcəkdə uğurlu addımların şahidi olacağıq -POLİTOLOQ ŞƏRH ETDİ

“Prezident İlham Əliyevlə Ərdoğanın 4 saat davam edən görüşü vacib məsələlərin müzakirəsi ilə yadda qaldı”. Bu sözləri SİA-ya açıqlamasında politoloq Züriyyə Qarayeva bildirib.

Onun sözlərinə görə, Cənubi Qafqazda postmünaqişə dövrü prioritetlər sırasında idi: “10 noyabr və 11 yanvar bəyanatının icra edilməyən maddələri, Zəngəzur dəhlizinin işləkliyi ilə bağlı məsələlər masada idi. Masaya çıxarılan digər mövzu Avropa bazarına qaz ixracının artırılmasıdır. Müasir status kvo Avropada qaz ehtiyatlarının artırılmasını labüd etdiyi hər kəsə məlumdur. Öncədən icra olunan enerji xəttlərinin diversifikasiyası məsələsi o baxımdan bu görüşdə də müzakirə edildi. Əlbəttə, Rusiya-Ukrayna böhranı da danışıqlardan kənar qala bilməzdi. Azərbaycanın və Türkiyənin region və hərbi, iqtisadi, siyasi güc olaraq strateji mövqeyi bu ölkələri regional münaqişələrin həllində üçüncü tərəf rolunu artırır. Təbii ki, burada hər iki ölkənin tarazlaşdırılmış siyasət yürüdərək Rusiya ilə də, Ukrayna ilə də müttəfiqlik əlaqələri qurması və neytral mövqeyi həll edici rol oynayır. Fikrimcə, qeyd etdiyim hər üç məsələdə yaxın gələcəkdə uğurlu addımların şahidi olacağıq”.

Səbinə Hüseynli

Bütün xəbərlər Facebook səhifəmizdə