“Cənnətdən Gələn Çiçək” FOTOLAR

“Cənnətdən Gələn Çiçək” FOTOLAR

Bu mövzuda Yeni Azərbaycan Partiyası Göyçay rayon təşkilatı Göyçay rayon icra hakimiyyətinin əməkdaşlığı ilə birlikdə 8 Mart Beynəlxalq Qadınlar Günü münasibətilə tədbir keçirilib

Yeni Azərbaycan Partiyası Göyçay rayon təşkilatı və Göyçay rayon icra hakimiyyətinin əməkdaşlığı ilə “Cənnətdən Gələn Çiçək” adı altında 8 Mart Beynəlxalq Qadınlar Günü münasibətilə tədbir keçirilib. Tədbirdə Yeni Azərbaycan Partiyası Göyçay rayon təşkilatının, Göyçay RİH-nin və hüquq-mühafizə orqanlarının əməkdaşları, I Qarabağ müharibəsi, aprel döyüşlərinin, Vətən müharibəsi şəhidlərinin anaları, həyat yoldaşları və övladları iştirak ediblər. İlk olaraq Ümummilli liderimiz Heydər Əliyevin, I Qarabağ müharibəsi, aprel döyüşlərinin, Vətən müharibəsi şəhidlərinin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Yeni Azərbaycan Partiyası Göyçay rayon təşkilatının sədri Sahib Şükürov, Göyçay RİH-ti başçısı səlahiyyətlərini müvəqqəti icra edən İkram Vəliyev çıxış edərək, şəhid analarını, həyat yoldaşlarını və respublikamızın bütün xanımlarını 8 Mart - Beynəlxalq Qadınlar Günü münasibətilə təbrik ediblər. Azərbaycan qadınının bütün dünyaya nümunə olduğunu, həmçinin, onların vətənpərvərliyin təbliğatçısı kimi rolunu vurğulayan natiqlər bildiriblər ki, analarımızın verdiyi tərbiyənin nəticəsi olaraq igidlərimiz 30 il işğal altında qalan torpaqlarımızı 44 gündə azad etməyə nail oldular. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın şəhid ailələrinə göstərdiyi qayğı və diqqətini xüsusi qeyd ediblər. Daha sonra çıxış edən şəhid anaları şəhid ailələrinə, qazilərə, müharibə veteranlarına göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya təşəkkürlərini bildiriblər. Tədbirdə məktəblilərin ifasında kompozisiya və musiqi nömrələri səsləndirilib. Tədbirin sonunda şəhid analarına, həyat yoldaşlarına hədiyyələr təqdim edilib.

Rəfiqə

Bütün xəbərlər Facebook səhifəmizdə