CNN İnternational-a danışan Pentaqon rəsmisinin dediyinə görə, Moskva administrasiyası uzun müddətdir müzakirə mövzusu olan sərhəddəki hərbi birləşməsinin 95 faizini Ukraynaya keçirib. SİA xarici mətbuata istinadən xəbər verir ki, bundan əlavə, Rusiya işğalın əvvəlindən Ukraynaya 600 raket atıb.
Rusiyanın “güclü Ukrayna müqaviməti” ilə üzləşdiyini qeyd edən rəsmi Rusiya qüvvələrinin hələ də Kiyev, Xarkov, Çerniqov və Mariupolda irəliləməyə çalışdığını bildirib. Rəsmi həmçinin vurğulayıb ki, Ukrayna xalqının ölkənin əksər bölgələrində hələ də rabitə, internet və media vasitələrindən istifadə etməkdə problemlər var.
Müəllif: Banuçiçək Hüseynli
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB